- Artıq həyatınızda bəzəkli saç aksesuarları ala biləcəyiniz biri olacaq. Bəyəndiyiniz halda taxa bilmədiyiniz aksesuarları daha qızınız taxacaq.
- Artıq alış-veriş üçün dostunuz var. Ancaq onun üçün bəyəndiyiniz geyimləri onun da bəyənəcəyinə əmin deyilik.
- Etdiyiniz hər şeyi təqlid edib, arxanızca qaçacaq. Sizin kiçik versiyanız olacaq.
- Qızınızın ən yaxın dostu və dərd ortağı olacaqsınız.
- Ana-qız eyni tərzdə geyinə bilərsiniz. Ətrafınızdakılar sizə həsəd aparacaqlar.
- Geyimlərinizi olmasa da, aksesuarlarınızı ortaq istifadə edə bilərsiniz.
- Qızlar, adətən, atalarına aşiq olurlar. Hətta ilk məhəbbətləri elə ataları olur. Onların məhəbbətlə dolu münasibətinə şahid olmaq həqiqətən də əvəzolunmaz bir hissdir.
- Özünüzü birdən-birə evcik-evcik oyununun içində tapacaqsınız. Amma, deyəsən, bu dəfə övlad olan siz olacaqsınız.
- Böyüyəndə öz gəncliyinizdə qazandığınız təcrübələri onunla bölüşəcək və ona yol göstərəcəksiniz.