“Qız uşaqlarının makiyaj marağı

Qız uşaqlarının makiyaj marağı

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi bir dövrdür. Bu dövrdə yeniyetmə uşağın ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək istəyi yaranır. Adətən, qız uşaqları inkişaf nərdivanlarını daha sürətli çıxırlar. 12-13 yaşlarında olan qızlarla oğlanları müqayisə etdikdə oğlan uşaqlarının hələ də uşaq xüsusiyyətlərini davam etdirdiyi halda, qızların gənc qız olmaq yolunda irəlilədiyini görə bilərik. Xüsusilə dəyişən sosial çevrə və sosial media sayəsində birdən-birə uşaqlıqdan çıxan gənclərlə qarşı-qarşıya qalırıq. Dəyişikliyi ilk olaraq fiziki şəkildə görməyə başlayırıq. Əslində makiyaj etmək təkcə yeniyetməlikdə deyil, qız uşaqları üçün hər yaş dövründə maraqlıdır.

Makiyaj etməyin birdən çox mənası ola bilər. Əvvəla bu böyüməyin əlamətidir. Bundan əlavə bəyənilmək, diqqət çəkmək üçün bir yoldur.

Ata və ananın reaksiyaları

Yeniyetməlik dövründəki qızlar makiyaj edərək artıq böyüdüklərini, uşaq olmadıqlarını, böyüklərin dünyasına aid olmaq istədiklərini demək istəyirlər. Yeniyetmənin bu ehtiyacının fərqində olmaq, onu anlamaq və anladığını göstərmək əslində bu məqamda çox vacibdir. Ata-ananın makiyaj mövzusunda qadağa qoyması nəticəsində yeniyetmə gizlincə makiyaj etməyə davam edə bilər. Gizlincə edilən makiyaj makiyaj etməkdən çox ata-anaya qarşı çıxmaq, qaydaları heç saymağın həyəcanını yaşamaq mənasına gələ bilər.

Qadağa qoymaq yerinə, yeniyetmənin makiyaja olan marağını anası ilə bölüşməsi üçün fürsət yaratmaq, öz yaşına uyğun makiyaj etməsi üçün ona kömək etmək onun dəyişikliyə uyğunlaşması işini asanlaşdıracaqdır. Ana ilə qızın onun yaşına uyğun olan, ona yaraşacaq makiyaj vasitələrini birlikdə alması, ananın ona makiyaj üsullarını göstərməsi onun gizlincə makiyaj etməsindən daha yaxşı olacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar