Yaxşı ata-ana olmağın yolu mükəmməl olmağa çalışmaqdan yox, streslə mübarizə apara bilməkdən keçir. Valideynlər üçün streslə mübarizədə 3 təsirli üsulu yazdıq.
Bir valideynsinizsə, stressli olduğunuz vaxt bir ana, ya da ata olmağın çətin olduğunu əvvəl-axır hiss edəcəksiniz. Çünki uşaqlarla yaxşı ünsiyyət üçün səbr və anlayışın yüksək olması vacibdir.
1. Gün ərzində sakit və dərin nəfəs almağı tez-tez özünüzə xatırladın.
Nəfəs almağı xatırlamaq qulağa çox bəsit gələ bilər, amma həyatınızı dəyişdirəcək vacib bir məqamdır. Harasa gecikirsiniz? Nəfəs alın. Uşaqlar oyuncaqlarını tualetə atır? Nəfəs alın. Dərin nəfəs almaq daha çox oksigen qəbul etməyinizi təmin etdiyi üçün bədəninizdə olan stress hormonlarınızı azaldır. Sakit nəfəslər alıb vermək düşündüyünüzdən də vacibdir.
2. Lazımi qədər yatın.
Yuxu stressi uzaqlaşdırmağın ən asan üsullarından biridir. Bədəniniz yuxu müddətində sizi müalicə edir. Yuxu saatlarımızı doğru planlamadığımız üçün bunu reallaşdırmaq bəzən çətin olur. Telefonunuzla sosial şəbəkələrdə vaxt keçirmək yerinə, yüngül musiqi qoyub, özünüzü yuxuya hazırlayın. Bunu həftədə bir neçə gün etsəniz, stress səviyyənizdə azalma müşahidə edəcəksiniz.
3. Mükəmməliyyətçi olmayın.
Bəli, həyat bəzən xaotik ola bilir. Amma bu, sevgi və xoşbəxtliyi uzağa itələməyə dəyəcək bir hal yaradırmı həqiqətən? Siz olduğunuz kimi onsuz da yetərlisiniz. Mükəmməl insan olmadığı kimi, mükəmməl valideyn də yoxdur. Ona görə də mükəmməl olmağa çalışmaq ancaq sizi stressə sala bilər. Özünüzü mükəmməl olmadığınızı bilməyinizə baxmayaraq həqiqətən sevməyiniz bəlkə də uşağınızın inkişafı və sizin stresdən uzaqlaşmağınız üçün ən vacib şeydir.
Müsbət danışmağa çalışın. Özünüzü mənəvi qidalandıracaq üsullar axtarın. Əgər yenə də nə qədər yaxşı bir valideyn olduğunuzu ölçmək istəyirsinizsə, alacağınız qiymətlər uşaqlarınızın hərəkətlərindən deyil, sizin bu hərəkətlərə göstərdiyiniz reaskiyalar üzərindən olmalıdır. Bu gün sadəcə sevin.