“Uşaqlarda gec danışmağın səbəbləri nələrdir?

Uşaqlarda gec danışmağın səbəbləri nələrdir?

Uşaqlar ümumən danışmağa 6 aylıqdan başlayır. Bu vaxtlarda kiçik hecaları istifadə edərək danışırlar. Ümumən 1 yaşından sonra sözləri işlətməyə və 2 yaşından etibarən iki sözü birləşdirərək cümlə qurmağa başlayırlar. Bu müddətdə digərlərindən geridə qalmış uşaqların həkim müayinəsindən keçməsi və lazımi malicəni alması vacibdir.

Uşaqlarda gec danışmağa səbəb ola biləcək problemlərin başında zəka geriliyi gəlir. İrəli dərəcədə zehni problemə və zəka geriliyinə sahib olan uşaqlarda sözlü ünsiyyət qabiliyyəti yox deyiləcək dərəcədə az olur.

Zehni gerilik xaricində uşağın danışmağa başlama dövründə uzunmüddətli bir xəstəlik keçirməsi də onun danışma vaxtının gecikməsinə səbəb ola bilər. Bu səbəbdən də uşağın xəstəlik keçmişini nəzərə almaq lazımdır.

Danışığın əsas mahiyyəti səs qəbulu ilə bağlıdır. Bu səbəbdən də eşitməsində problem olan uşaqlarda danışma müddəti eşitmə probleminin böyüklüyünə görə dəyişiklik göstərməkdədir.

Uşağınız gec danışmağa başlayırsa, bunları edin.

Əgər uşaqda hər hansı bir genetik xətəlik yoxdursa, ailənin uşağa əlavə diqqət göstərməsi, ancaq bunu onun üzərində sıxıntı yaradacaq şəkildə yox, onun xoşuna gələn formada etməsi lazım gəlir. Oyunlar yaradaraq və bunu uşaq üçün əyləncəli bir hala gətirərək etmək uşağın daha uğurlu olmasına və əylənərək öyrənməsinə səbəb olur.

Uşağın danışmasını sürətləndirməyin ən yaxşı üsulu onunla başa düşülən bir şəkildə, mümkün qədər bəsit sözlərlə danışmaq, uşağa kitab oxumaq, ya da onunla davamlı şəkildə söhbət etməkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar