Mütəxəssislər hər zaman valideynlərə övladlarının internetdəki fəaliyyətlərini nəzarət altında saxlamağı məsləhət görürlər. Tədqiqat şirkəti 6-16 yaşlı övladları olan 1576 valideyn arasında sorğu keçirib və maraqlı faktlar ortaya çıxıb. Bu məqaləni bütün valideynlər mütləq oxumalıdır və bundan sonra övladlarını nəzarət altında saxlamalıdırlar.
Planşet istifadəsi ilk pillədədir.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, uşaqların 79%-i planşet, 50%-i notebook, 49%-i telefon, 37%-i kompyuter, 21%-i “joystick” sahibdirlər. 4% uşaq isə bunların heç birinə sahib deyil. Valideynlərin 39%-i övladlarının internetdəki fəaliyyətlərini nəzarət altında saxlasalar da, 61% valideynin heç nədən xəbəri yoxdur.
Uşaqların ən çox istifadə etdiyi sosial şəbəkə Facebook-dur.
Valideynlərin 58%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini desə də, 42%-i istifadə etmədiklərini bildirib. “Övladınız hansı sosial şəbəkələrdən istifadə edir?” sualına verilən cavabların nəticəsi olaraq: 96% Facebook, 24% Twitter, 34% Instagram, 10% Snapchat və 5% Swarm.
Uşaqlar kompyuterdə oyun oynamağı seçirlər.
Anketdə valideynlərə oyunlar ilə bağlı suallar da verilib. Nəticələrə əsasən 77% valideyn kompyuterdə oyun oynamağa icazə versə də, 23% valideyn icazə vermir. Uşaqların 82%-i oyunu kompyuterdə oynamağa üstünlük verir.