Aldadılmaq, aldanmaq insana acı verir və aldadılan insanın bürcünə görə verdiyi reaksiyalar da müxtəlifdir. Bürclərə əsasən aldadıldığını öyrənən insanlar necə davranır? Sualın cavabını tapmaq üçün məqaləmizi oxumağa davam edin.
Mövzu istər sevgi, istər dostluq, istər iş olsun, hər insan övladının aldadılmağa münasibəti bəllidir. Bu, həm də bəzi bürclərin əsas ayrılıq səbəblərindən biridir.
“Aldadan özünü aldadır” sözü doğrudur.
İndi isə gəlin bürclər haqqında bilinməyən həqiqətlərə birlikdə nəzər salaq.
Qoç bürcü
Əvvəlcə inanmaq istəməzlər. Dünyanın mərkəzi o, olduğu halda, kim belə bir şeyə cürət etmiş ola bilər?
O, sakit, düşünmədən hərəkət etməyən, hətta düşündükdən sonra da uzun müddət hərəkətə keçməyən insandır. Güvənin olmadığı yerdə Buğa da olmaz.
Əvvəlcə bir müddət düşünəcəkdir. Çox qəribədir ki, onu aldadan insan istər dostluqda, istər işdə, istər sevgidə olsun, bir anda həm də qiymətə minəcəkdir.
Xərçənglərin hissləri çox qüvvətlidir. Onlar hər şeyi asanlıqla hiss edə bilirlər. Əmin olun ki, sizi peşman etmək üçün əllərindən gələni edəcəklər.
Bir Şiri bu halda görmək çox pisdir. Ürəkləri elə qırılacaq ki, özünüz də peşman olacaqsınız. Özünüzü əfv etdirməyə çalışmalısınız. Ancaq bunun nə dərəcədə alınacağı bəlli deyil.
Düşünəcək ki, həyat onu yenə yanıltmadı. Üzərinə “haqlılıq qüruru” çökəcəkdir. Acı gerçəyi bağrına basıb, yaşamağa davam edəcək.
Bu halda Tərəzi əvvəlcə öz xətalarını tapmağa, götür-qoy etməyə çalışacaq. Əgər barışmağı düşünürsə, qisasını mütləq alacaqdır.
Eynisi ilə qarşılıq verəcəkdir. Əzilməklə, depressiyaya girməklə vaxt itirməz. Sadəcə ən uyğun şəraitin əlinə keçməsini gözləyər.
O, həm qarşısındakını, həm də özünü “yandıracaqdır”. Nə özünü bağışlayacaq, nə də onun saflığından yararlandığı üçün qarşısındakını.
Bu, dönüşü olmayan bir yoldur. Oğlaqlar çətin silsələr də, tam silən insanlardır. Nə dava çıxaracaq, nə də intiqam alacaqdır. O insanları itirməkdən çox öz qürurunu itirməkdən qorxur.
Bunu əsla özünə sığışdıra bilməz. Ona görə də özünə çox əsəbləşəcək. Adınız çəkildiyi yerləri tərk edəcək.
Ən gözləmədiyiniz reaksiyanı verəcəklər. Bir gecə içib qarşınıza çıxa bilərlər. Gerçəyi eşitmək onlar üçün daha yaxşı ola bilər. Sizi öz xəyanətinizlə baş-başa buraxacaqdır.