“Qida zəhərlənmələri

Qida zəhərlənmələri

Tez xarab olan istənilən qida zəhərlənmə riski daşıyır. Qidanın qorunması təmin olunmalıdır. Yeməyi alüminium qabda bişirib bu qabda da saxlamaq olmaz, bu zaman qabın oksigen təması olarsa, yəni qabın səthində cızılma olarsa, qida ilə təmas yaranır və zəhərlənmə baş verə bilər.

Bu baxımdan mis qab ən təhlükəsizdir. Mis qabın üzərinə qalay qatı vurulur. Mis qab yemək bişirmək üçün ən yaxşı qabdır, çünki istilik bərabər paylanır. Lakin əgər mis qabın rəngində dəyişmə varsa, zəhərlənmə ola bilər. Mümkün qədər qidaları az hazırlamaq, emal olunmuş qablarda saxlamaq lazımdır. Qida otaq temperaturuna düşdükdən sonra soyuducuya qoymaq olar. Soyuducudan götürülən yeməyi isitmək olmaz, qaynama dərəcəsinə qədər qızdırmaq lazımdır.

Bəzən qidanın qəbulundan sonra iki saatdan başlayaraq 8-10 günə qədər zəhərlənmə prosesi davam edə bilər.

Hər bir zəhərlənmə orqanizmə dəyən zərərdir, təhlükənin dərəcəsindən asılı olaraq insanda iz buraxa bilər.

Zəhərlənmə zamanı çoxlu maye qəbulu qusmaya səbəb olmursa, proses daha da sürətlənir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar