“Yeni trend - bal diyeti ilə 3 gündə 3 kilo!

Yeni trend - bal diyeti ilə 3 gündə 3 kilo!

Güclü antioksidant və antibiotik xüsusiyyəti daşıyan balın faydalarını saymaqla bitirmək mümkün deyil. Diyetoloqlar tərəfindən diyetlərə də əlavə olunur. Çünki bal metabolizmanı sürətləndirir. Sizə təqdim edəcəyimiz bu diyet sayəsində 3 gündə 3 kiloqram arıqlaya bilərsiniz.

Diyet saxlayan qadınların ən çox çətinlik çəkdiyi şeylərdən biri də şəkər yeməməkdir. Diyetoloqlar diyat saxlayan qadınlara şəkər tövsiyə etməsələr də bal yemək kilo vermək üçün faydalıdır. Balın tərkibindəki şəkər ilə digər şeylərin tərkibində olan şəkər eyni deyil, bu səbəblə də bal, bəyaz şəkərdən fərqli olaraq metabolizmanı sürətləndirir.

Qarşınızda bal diyeti üçün lazım olanlar.

1. Gün:

Qəlyanaltı
2 yumurta sarısını 1 çay qaşığı bal ilə qarışdırın və yeyin. Şəkərsiz limonad, qəhvə və ya çay içə bilərsiniz.

Günorta
100 qram pendir + 50 qram bişmiş gül kələmi + 50 qram qaynadılmış yerkökü + 50 qram qaynadılmış brokoli. Bir blender köməyi ilə bunları qarışdırın və tükədin.

Axşam
Tərəvəz supu, bir parça tam taxıllı çörək, 1 ədəd alma, armud və portağal.

2. Gün:

Qəlyanaltı
2 yumurta sarısını 1 çay qaşığı bal ilə qarışdırın və yeyin. Şəkərsiz limonad qəhvə və ya çay.

Günorta
Az qaynadılmış yumurya, bir çay qaşığı bal və 100 qram yağsız pendiri qarışdırın və yeyin. Şəkərsiz limonad, qəhvə və ya çay.

Axşam
150 qram balıq, ya da toyuq filesi. Bol limonlu tərəvəz salatı və çay.

3. Gün

Qəlyanaltı
2 yumurta sarısını 1 çay qaşığı bal ilə qarışdırın və yeyin.
Şəkərsiz limonad, qəhvə və ya çay.
1 ədəd təzə alma

Günorta
50 qram pendir
Evdə hazırlanan şəkərsiz limonad, bir dilim çovdar çörəyi, təzə tərəvəz (təxminən bir kasa).

Axşam
300 qram bişmiş tərəvəz
Bir ədəd az qaynadılmış yumurta və bir çay qaşığı bal ilə birlikdə yein.
Bir fincan çay və ya kofe.

Daha çox diyet məqalələri:  Diyet


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar