“Kök suyunun faydaları

Kök suyunun faydaları

Kök, tərkibində A vitamininin ən saf formasını saxlayır. Problemli, sızanaqlı dərinin sağalmasına kömək edir. Yara və dəri ləkələrindən azad olmaq üçün də kök suyundan faydalana bilərsiniz. Dəri üçün faydaları saymaqla bitməyən kök, dəridə yaranan qırmızı ləkələrə qarşı qalxan vəzifəsini öhdəsinə götürür. 
Kök suyunu pambıq vasitəsilə dərinizdəki ləkələrə çəkərək massaj edə bilərsiniz. Beləliklə, dərinizdəki qızartıların, iltihablanmaların qarşısını ala bilərsiniz. 
 
Günəş ləkələrinin qarşısını ala bilərsiniz!
 
Kök, antioksidan tərkibi ilə xüsusilə, günəş ləkələri və günəş şüalarının dəridə səbəb olduğu problemlərlə mübarizəyə kömək edir. 
Buna baxmayaraq, qoruyucu krem istifadə etməyi də unutmayın. Əlavə tədbir və dəstək üçün kökdən faydalana bilərsiniz.
 
Kök maddələr mübadiləsini gücləndirir
 
Kökün digər əhəmiyyətli xüsusiyyəti isə maddələr mübadiləsinə dəstək olmasıdır. Kök, maddələr mübadiləsinin inkişafına da kömək edir.
Tərkibində yüksək səviyyədə B vitamini olması səbəbi ilə  aktiv olaraq qlükoza və yağları parçalamağa kömək edir. Bu funksiyaları yerinə yetirərkən bədənə verdiyi enerji ilə gün ərzində enerjili olmağınıza kömək edir.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar