“Qəbizlikdən necə azad olmaq olar?

Qəbizlikdən necə azad olmaq olar?

Qəbizlik; tibbi dildə bağırsaq tənbəlliyi kimi izah edilir. Bəzən yediklərimizin də təsiri ilə həzm sistemimizdə qəbizlik yarana bilər.
 
Qəbizliyin qarşısını almaq üçün etməli olduqlarınız:
 
- Birdən-birə və çoxlu yemək yemək bağırsaqların iş qaydasını pozduğu üçün qəbizliyə səbəb ola bilər, bu səbəbdən az-az və tez-tez yemək yeyilməsi daha məqsədə uyğundur.
 
- Səhər yeməkdən əvvəl bol miqdarda su içməlisiniz.
 
- Gün ərzində 2-3 litr maye qida qəbul etməlisiniz. Qidaların daha asan həzm olunması üçün yaxşıca çeynəmək lazımdır.
 
- Qəbizliyə səbəb olan şəkər və şəkərli qidalardan uzaq olmağa çalışın.
 
- Qızartma, qovurma kimi yeməklər qəbizliyi artırdığı üçün mümkün olduqca az yeyilməlidir.
 
- Yoqurt olaraq prebiyotik olanlara üstünlük verməlisiniz.
 
- Qəbizliyin qarşısını almaq üçün çoxlu yerimək vacibdir.
 
- Evdə ayaqlarınızı qarnınıza doğru 15 - 20 dəfə çəkib, irəli itələmək kimi idman hərəkətləri də qəbizliyə faydalı olacaq.
 
- Gavalı, ərik qurusu, üzüm kimi meyvələri yeməklə yanaşı, kompotunu da hazırlayıb, içə bilərsiniz. Qəbizliklə mübarizə zamanı xüsusilə, səhər su içdikdən sonra 4 - 5 ədəd ərik qurusu yemək tövsiyə olunur.
 
- Qazlı içkilər və qəhvə qəbizlik yaratdığı üçün istifadəsini azaltmalısınız.
 
- Bağırsaqlarınızı tənbəlləşdirməmək üçün bitki çaylarını çox istifadə etməyin. Həftədə 1 - 2 stəkan içə bilərsiniz.
 
- Ən təsirli tədbir isə lif tərkibli qidalar qəbul etməkdir. 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar