Narı təmizləməklə vaxt itirmək istəməyənlər şirəsini içərək də faydalana bilərlər. C vitamini, kalium və dəmir mineralları baxımından zəngin olan nar şirəsinin sağlamlığımız üçün bir çox faydası var.
- Arıqlamağa kömək edir
Gün ərzində 2 stəkan nar şirəsi içdikdə xüsusilə, qarın hissəsindəki yağların əriməsinə kömək edir. Hər gün 2 stəkan nar şirəsi ilə sağlam şəkildə arıqlaya bilərsiniz.
- Xərçəngə qarşı qoruyucu təsiri var
Nar şirəsinin tərkibində olan komponentlərin xərçəng hüceyrələri ilə mübarizə təsiri və prostat xərçəngində metastaza səbəb olan bir kimyəvinin təsirini azaltmağa kömək edir.
- İnfarkt riskini azaldır
Ürək xəstəlikləri müalicəsinə və qan dövranına kömək edir.
- Yaşıl çaydan daha faydalıdır
Araşdırmalar nəticəsində nar şirəsinin yaşıl çaydan 3 dəfə çox antioksidan tərkibli olduğu müəyyən edilib. Sağlamlıq baxımından dadını bəyənmədiyiniz halda yaşıl çay içməyə məcbur olursunuzsa, onu nar şirəsi ilə də əvəz edə bilərsiniz.
- Qan təzyiqini aşağı salır
İnsanlar üzərində edilən bir araşdırma göstərir ki, 2 həftə ərzində 150 ml nar şirəsi içmək qan təzyiqini azaldır.
- Diş ətindəki iltihabı azaldır
Nizamlı şəkildə nar şirəsi içmək diş ətindəki iltihabların və ağızda yaranan infeksiyaların tez bir zamanda sağalmasını təmin edir.
- Yaraları sağaldır
Nar şirəsi dərimizə faydalı olmaqla yanaşı, nar çəyirdəklərinin də dərimizə bir çox faydaları var.
Xüsusilə, dəridə olan yaraların müalicəsində nar çəyirdəyindən istifadə edə bilərsiniz.
- Qırışların və sızanaqların qarşısını alır
Nar şirəsi bol miqdarda B5, C vitamini və yüksək miqdarda antioksidan tərkibli olması səbəbi ilə dəriniz üçün olduqca faydalıdır.
Bu elementlər sayəsində dərinizdə sızanaq yaranmasının və qırışmasının qarşını alır.
- Nar şirəsi nə vaxt içilməlidir?
Nar şirəsi səhər yeməyindən 1 saat sonra içilməlidir. Hamilə qadınların, böyrək problemi olanların, onkoloji xəstələrinin nar şirəsi qəbul etməzdən əvvəl bir mütəxəssis həkimlə məsləhətləşməsi mütləqdir.