“Erkən yaşlanmağa səbəb olan qidalar

Erkən yaşlanmağa səbəb olan qidalar

Duz və digər duzlu qidalar: Orqanizmimiz daima maye ehtiyacı hiss edir. Bədənimizdə olan suyun duz ilə çəkilməsi və ya dəridəki suyun tükənməsi dəridə bir çox problemlərin yaranması ilə yanaşı, eyni zamanda bədəndə şişlər kimi problemlərə də səbəb ola bilir.

Şəkər: Orqanizm üçün ən zərərli qidalardan biri də şəkərdir. Hətta orqanizmimizə öz əllərimizlə verdiyimiz ən təhlükəli zəhər olduğunu deyə bilərik.  Orqanizmin kollagen quruluşuna yapışaraq dəri quruluşunun mənfi istiqamətdə irəliləməsinə və buna bağlı bir çox problemlərin yaranmasına şərait yaradır.  Bundan başqa, dəri quruluşunun sərt və cansız görünməsinə səbəb olur. 

Margarinlər: Tərkibindəki bəzi kimyəvi amillər səbəbi ilə orqanizmə birbaşa mənfi təsir göstərir. Orqanizmi birbaşa dehidratasiyaya sövq etməsi ilə birlikdə, dərinin bir çox yerində qırışlara səbəb olan pis yağ amillərini tərkibində saxlayır.

Enerji içkiləri: Tərkibində olan kofein və şəkər faktorları səbəbi ilə böyüklərdə və uşaqlarda da olduqca pis nəticələrə səbəb olan zərərli qidalardır. Bundan başqa, turşu quruluşuna sahib olduğu üçün enerji içkiləri diş və diş ətlərinə də zərər verir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar