“Limonlu su içmək üçün 6 səbəb

Limonlu su içmək üçün 6 səbəb

İsti ayların gəlməsi ilə birlikdə suya olan təlabatımız da artır. Bəs içdiyiniz suya limon əlavə edib, içməyi sınamısınızmı? 
 
Limonlu su immunitet sistemini gücləndirir
 
Xüsusilə, iqlim dəyişdiyi vaxtlarda orqanizm viruslara məğlub olur və soyuqdəymə, qrip, boğaz ağrısı kimi problemlər yarana bilir. C vitamini baxımından zəngin olan limon, bədən müqavimətini artırır və immunitet sistemini gücləndirir. Beləliklə, mikroblarla mübarizə aparmağa kömək edir.
 
Limonlu su PH səviyyəsini balanslaşdırır
 
Limon ən yüksək qələvilik səviyyəsinə malik qidalardan biridir. Tərkibində olan limon turşusu həzm edildikdə turşuluq yaratmır və qandakı PH səviyyəsini balanslaşdırır.
 
Limonlu su dərini təmizləyir
 
Su, sağlam bir dəri üçün çox əhəmiyyətlidir. Limonlu suyun da dəri üçün faydası böyükdür. Antioksidan xüsusiyyəti sayəsində dəridəki ləkələri azaldır, qırışların qarşısını almağa kömək edir. Hər gün limonlu su içərək dərinizi toksinlərdən təmizləyə bilərsiniz.
 
Limon suyu ilə sağlamlığınızı qoruyun
 
Limonlu su tərkibindəki vitaminlər sayəsində sağlamlığa müsbət təsir göstərir. Lİmonlu su həm də kalium mənbəyidir. Banan yeyə bilmirsinzsə, limon suyundan faydalana bilərsiniz. Çünki, kalium 
ürək, sinir və beyin funksiyalarının müntəzəm işləməsi üçün vacibdir. Bundan başqa, limonlu suda kalori və şəkər banana nisbətən daha azdır.
 
Ağız sağlamlığınız üçün limonlu sudan faydalana bilərsiniz
 
Limon təravətləndirici tərkibə malikdir. Limonlu su da nəfəsi təravətləndirir və ağız qoxusunun qarşısını alır. Eyni zamanda, limonlu su diş əti iltihablarına və diş ağrılarına da müsbət təsir göstərir. Amma, limonun dişlərlə birbaşa təması dişlərin mina qatnın zədələnməsi ilə nəticələnə bilər.
 
Limonlu su arıqlamağa kömək edir
 
Müntəzəm olaraq limonlu ilıq su içmək mədədə turşuluq səviyyəsini nizamlayır. Mədədə turşuluq səviyyəsi yüksək olduğunda davamlı olaraq bir şey yeyərək aclıq hissindən qurtulmaq istəyəcəksiniz. Bu da kökəlməyə səbəb olur. Bunun qarşısını almaq üçün limonlu sudan faydalana bilərsiniz. Bundan başqa limonun tərkibində olan pektin lifi  uzun müddət toxluq hissi verir. 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar