“Sürətlə yemək yeməyin zərərləri

Sürətlə yemək yeməyin zərərləri

Şübhəsiz ki, düzgün qidalanmamaq bütün sağlamlıq problemlərinin başında gəlir.  Gündəlik həyatda edilən səhv davranışlardan biri də sürətllə yemək yeməkdir. Yeməyi sürətlə yemək bir çox insanın bilmədən etdiyi, ciddi zərərləri olan pis bir qidalanma vərdişidir. Bu səhv qidalanma vərdişi artıq çəki və reflüks kimi bir çox xəstəliyə səbəb ola bilir.  Sürətlə yemək yemək həzm sistemi başda olmaqla bütün maddələr mübadiləsində zərərli  nəticələrə səbəb olur.  Sürətlə yemək yedikdə mədənin və beynin üzərindəki  toxluq hissini təmin edən mərkəzlərin arasında əlaqə müddətində gecikmə yaşanır. Yəni, insanlar sürətlə yemək yedikdə toxluq hissini çox gec hiss edirlər və daha çox yeyirlər. Bu halda  insanın aldığı kalori artıq olur və nəticədə artıq çəki problemləri yaranır.

Daha yavaş yemək yemək artıq çəki xaricində metabolik xəstəliklərin də qarşısını almağın ən yaxşı yoludur.  Qidaları kifayət qədər çeynəmədikdə həzm sistemi pozulur. Bundan başqa, mədə, qaraciyər və bağırsaqların da işi çətinləşir.  Həzm sistemi üçün çeynəmək böyük əhəmiyyət daşıyır.

Sürətlə yemək yedikdə qidalar tam çeynənmədən udulduğu üçün  bu qidaların mədə və bağırsaqda həzm edilmə müddəti uzanır, bu da orqanları yoraraq mədə və bağırsaq xəstəliklərinə şərait yaradır. Mədənin üyüdülməmiş qidaları həzm etmək üçün göstəridiy səy mədə ağrısı, qastrit və xora kimi narahatlıqlara səbəb olur.

Yeməyi kiçik tikələrlə  və yaxşıca çeynəyərək  yemək mədənin həzm sistemi üçün lazım olan ifrazları daha asan ifraz etməsini təmin edir. Beləliklə, mədədə qaz, şişkinlik və həzm problemi yaşanmır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar