Mütəxəssislər Ramazan ayında kökəlmək istəməyənlərin bu il xüsusilə diqqət etməli olduğunu bildirdi. Sağlam Ramazan keçirməyin yolları məqaləmizdə!
- Çox tez-tez edilən bu səhvi siz də etməyin. Müfləq imsak üçün oyanın.
- Orucunuzu su və şorba ilə açın.
- Yeməyi kiçik tikələr halında və yavaş-yavaş yeyin.
- İftarda mədənizi çox doldurub, bütün gün yeməli olduğunuz şeylərin hamısını birdən yeməyin.
- İftar vaxtı mədənizə çox ziyan vurmamaq üçün ilk olaraq kiçik porsiya, daha sonra axşam yeməyi, ara qida və mütləq imsak olacaq şəkildə 4 dəfə yeyin.
- Orucunuzu xurma ilə açmaq istəyirsinizsə, 4 ədəd xurmanın 1 porsiya meyvəyə bərabər olduğunu bilərək, qədərində yeyin.
- Ramazanda ən çox rast gəlinən problemlərdən biri olan qəbizlik kökəlməyə də səbəb ola bilər. Buna görə də qəbizliyin qarşısını almaq üçün çoxlu su için.
- Suyu iftarla imsak arasında bərabər bölüşdürün. Dalbadal su içməyin.
- Şirniyyat seçimi zamanı südlü şirniyyatlara üstünlük verin.
- Meyvə və tərəvəz çox yeyin.
- Qızartmalardan uzaq durun. Sobada və ya suda bişirilmiş yeməklərə üstünlük verin.
- Həftədə 2 dəfə südlü şirniyyat yeyib, digər günlərdə şirniyyatı meyvə və quru meyvə ilə əvəzləyin.
- İftar yeməklərində, adətən, çox yağ olur. Buna görə də hər gün müxtəlif seçimlər edin.
- İmsakda yağ, bal, pendir, zeytun yeyin.
- İftardan 1 saat sonra 20-30 dəqiqəlik gəzintiyə çıxın.
- Yavaş yeməyə çalışın və mütləq yaxşı çeynəyin.
- Gündə ən az iki porsiya meyvəni çiy yeyin və ya kompot bişirin.
- Çiy meyvə və tərəvəz kimi az kalorili və lifli qidalara üstünlük verməyə çalışın.
- Ramazan ayı ərzində hər gün 2 stəkan az yağlı süd, qatıq məhsulları yeməyə çalışın ki, tərkibindəki kalsium oruc tutduğunuz zaman da yağ yandırmağa kömək etsin.
- Salat hazırlayarkən içinə 1 stəkan bitki yağı əlavə etmək, yağda əriyən vitaminlərin qəbulu üçün kifayətdir, daha çox yağ əlavə etməyə ehtiyac yoxdur.