16 illik evliliyi boşanma ilə nəticələndi və o da, izləyicilərinə tövsiyələr etdi. Tövsiyələrində bir az peşmanlıq da hiss edilirdi.
Boşanmış amerikan psixoloq Gerald Rogersin tövsiyələri izləyicilərindən minlərlə bəyənmə və rəy aldı. Gerald Rogers tövsiyələrinin bəlkə başqa münasibətlərini xilas edəcəyini düşünərək, Facebookda bunları yazdı: “Çox sevdiyim bir qadını 16 il davam edən bir evlilikdən sonra itirmiş biri olaraq sizə bəzi məsləhətlər vermək istəyirəm.”
Onun bəzi tövsiyələrini sizlərə təqdim edirik:
Münasibətiniz barəsində tənbəl olmayın!
Unutmayın ki, ürək əmanət ediləcək ən vacib, ən müqəddəs xəzinə olduğu halda, o, sizi seçdi. Buna görə də münasibət barəsində qətiyyən tənbəl hərəkət etməyin. Bir münasibətdə yadınızda saxlamalı olduğunuz ilk şey nə qarşınızdakının sizə aid, nə də sizin qarşınızdakına aid olduğunuz gerçəyidir. Ona evlənmə təklif etdikdə onun ürəyinin sahibi olmaq və bunu qorumaq üçün istədiyi və layiq olduğu insan olmağa söz vermiş olursunuz.
Həyatınızda xüsusi yeri olan insanın yerinə başqasını qoymayın!
Sevdiyiniz insanın ürəyinin qoruyucusu olmaqdakı qərarlılığınızı eynilə öz ürəyinizə qarşı da göstərin. Özünüzü də, dünyanı da tam mənası ilə sevin. Amma sevdiyiniz insanın sizin həyatınızda xüsusi bir yeri olduğunu və oraya, ondan başqa kiminsə girməməli olduğunu ağlınızdan çıxarmayın.
Hər gün yenidən bir-birinizi seçmək üçün səbəbləriniz olsun!
Onunla birlikdə olduğunuz müddətdə eyni insan olaraq qalmaq mümkün deyil. Daim dəyişəcəksiniz. Hətta bir neçə il sonra ikiniz də eyni insan olmayacaqsınız. Dəyişiklik qapıdadır. İkinizin də hər gün bir-birinizi yenidən seçməyiniz üçün əsaslı səbəbləriniz olmalıdır. Amma unutmayın ki, o daim sizinlə olacaq deyə bir şey yoxdur. Əgər onun ürəyinə əhəmiyyət vermirsinizsə, ürəyinizin açarını bir başqasına verə bilər və bunu geri qazanmaq bir də mümkün olmaz. Buna görə də onun sevgisini qazanmaq üçün daim mübarizə aparın.
Səhvlərə yox, onu sevdiyinizə fokuslanın!
Sadəcə onu niyə sevdiyinizə fokuslanın. Fokuslandıqca sevginiz də böyüyəcəkdir. Əgər səhvlərə fokuslansanız, gördüyünüz hər şey sizə səhv etmək üçün bir səbəb olacaqdır. Sevginizə fokuslanmağınız sizə tam mənada kömək etməz əlbəttə, amma ən azı bunun sayəsində sevginizlə bir çox problemin öhdəsindən gələ bilərsiniz. Sevdiyiniz insana və sevginizə doğru bucaqdan baxdığınız müddətcə dünyanın ən şanslı insanlarından biri olduğunuzu görəcəksiniz.
Sevdiyiniz insanı dəyişdirməyə çalışmayın!
Sevdiyiniz insana istiqamət verməyə çalışmaqdan əl çəkin. Etməli olduğunuz şey sadəcə onu sevməkdir. Əgər bir gün həqiqətən dəyişsə, qoyun bu dəyişiklik sizin istəyinizlə deyil, öz seçimi ilə olsun.
Hisslərinizin arxasında durun!
Həyatınızdakı insanın vəzifəsi sizi “xoşbəxt bir insan” halına gətirmək deyil. Dolayı olaraq “bədbəxt bir insan” da edə bilməz. Öz xoşbəxtliyiniz sadəcə özünüzdən asılıdır.
Əsəbləşəndə onu günahlandırmayın!
Sevdiyiniz insana qarşı əsəbiliyinizin tək səbəbi sizin içinizdəki bir hissin hərəkətə keçməsinə səbəb olmasıdır. Hisslər isə sadəcə sizə aiddir. Yəni hamısı sizdən asılıdır. Hiss etdiklərinizi ölçmək üçün özünüzə vaxt ayırın və bütün sualları özünüzə verin. İçinizdəki neqativ hisslərin səbəbini yaxşı müəyyən etdiyiniz müddətcə o hisslərin növbəti dəfə sizi incitməsinin qarşısını ala bilərsiniz.