Aparılan araşdırmalara əsasən, qadınların 100-də 30-u həyat yoldaşlarından daha çox pul qazanır.
Modern həyatda qadınlar artıq iş həyatında aktiv olaraq yerlərini aldılar. Hətta bəzi işlərdə qadınlar kişilərdən daha uğurludur. Qadınların normal standartlarda kişilərdən daha tez iş tapdığı, hətta daha uğurlu olduğu aparılan araşdırmalarda da müəyyən edilmişdir.
Münasibətə mənfi təsir edir.
Çox vaxt qadınlar kişilərlə müqayisədə daha yüksək məbləğlər qazanırlar. Bu istiqamətdə də kişilərin bəzən karyeralarından uzaqlaşıb uşaqların tərbiyəsi ilə məşğul olduğu hallara rast gəlirik.
Təbii ki, bu hal o qədər də asan qəbul ediləcək bir hal deyil. Maddi azadlığını tamamilə ələ keçirmiş həyat yoldaşının bu vəziyyətindən narahat olan bir çox kişi vaxt keçdikcə münasibətdə problem yaratmağa başlayır və tarazlıq pozulur. Amma vəziyyətə bir də qadınların tərəfindən baxmaq lazımdır. Pul qazanmağa başlayan qadın fərqində olmadan həyat yoldaşını əzir və bütün bunlar uşaqlara da mənfi təsir edir. Evin ehtiyaclarının böyük bir hissəsini qadın qarşıladıqda uşağın ataya olan inamı tamamilə zədələnir.
Uşaqlara diqqət edin!
Aparılan araşdırmalara əsasən işləyən qadınlar işləməyən qadınlarla müqayisədə ev içərisində daha çox söz demək haqqına sahibdirlər. Bu halın uşaqlara təsir etdiyini də nəzərə alsaq, dondurma almaq istədikdə belə anadan pul istəyən uşaq digər uşaqların atalarından pul istədiyini gördükdə böyük bir panika yaşayır.
Bu hal qapalı uşaqlarda işləmə istəyinin itməsi, çalışqanlığını itirmə, vaxtından tez yemək bişirmək istəyi, evi təmizləmək və bir kişi üçün həddindən artıq səliqəli olmaq kimi vərdişlər yaradır. Bunu normal qarşılayan uşaqlar gələcəkdə də mütləq həyat yoldaşı ilə problem yaşayacaq və uşaqlarını da özü kimi böyüdəcək.
Nəticə olaraq vacib olan həmişəki kimi hər şeyi qədərində etməkdir. Təbii ki, evdə oturun, yemək bişirin, evi təmizləyin və uşaqlarınızı böyüdün, heç bir sosial həyatınız olmasın demirik. İşləyin, uğur əldə edin. Ancaq bunu edərkən məsuliyyətlərinizdən qaçmayın. Həyat yoldaşınızı daim ucaldın. Onun uğurları ilə qürur duyun. Vacib olan kimin çox qazandığı deyil. Vacib olan birlikdə çalışıb, uğur əldə etməkdir.