“Evliliyinizi 7 addımda qoruyun

Evliliyinizi 7 addımda qoruyun

Sevgi və həyəcan ilə başlayan evliliyinizin uzun illər davam etməsi üçün bunlara diqqət edin.

Sevginizi ifadə edin:

Həyat yoldaşınızla bağlı müsbət hisslərinizi ona deməkdən çəkinməyin. Münasibətdə iki tərəfin də özünü yaxşı hiss etməsinə kömək edəcək üsullardan biri budur.

Evi yuvanız halına gətirin:

Evi yalnız yemək yeyilən və televizora baxılan bir məkan kimi istifadə etməyin. İki tərəf üçün də evə həyəcan qatın.

Söhbət edin:                                              

Danışmaq bir problemi ifadə etmək deməkdir. Ancaq söhbət etmək insanları yaxınlaşdırır.

Bir-birinizə vaxt ayırın:

Yorğun olsanız da, uşaqlar və yemək bişirməyə başınız  qarışsa da, hər gün mütləq bir-birinizə vaxt ayırın.

Birlikdə başqa yerlərdə vaxt keçirin:

Bəzən sadəcə gəzinti üçün də olsa, bir parka gedib söhbət edə biləcəyiniz şəraiti yaradın.

Tənqid edərkən ehtiyyatlı olun:

Qarşınızdakının etdiyi bir çox hərəkətə görə ümumiləşdirmə etməyin. Sadəcə ən son xoşunuza gəlməyən hərəkəti barəsində ortaq yol tapmağa çalışın.

Keçmişdəki mənfi hadisələri tez-tez dilə gətirməyin:

Keçmişi dəyişdirmək kimi bir şansımız yoxdur. Buna görə də bu günə və sabaha diqqət verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!