“Evlənməzdən qabaq bunları mütləq edin!

Evlənməzdən qabaq bunları mütləq edin!

Evlilikdən qabaq tövsiyələrə ehtiyacınız varsa, çevrənizdəki insanlara deyil, mütəxəssislərə qulaq asın.

Evlilik həyatımız boyu verəcəyimiz ən vacib qərarlardan biridir. Bu qərarı gerçəkləşdirməzdən qabaq tam olaraq hazır olduğunuzdan əmin olmalısınız. Çevrənizdən bu barədə eşidəcəyiniz məsləhətlər bəzən doğru olmaya bilər. Hər münasibətin fərqli dinamikası var və başqalarının təcrübələrinin sizə tamamilə uyğun gəlməsini gözləməyin. Bu mövzuda fikir ala biləcəyiniz ən etibarlı mənbə evlilik mütəxəssisləridir. Evlənməzdən qabaq etməli olduqlarınıza bir mütəxəssisin gözündən baxın.

Doğru ünsiyyət qurmaq üçün birlikdə işləyin.

İkiniz də hisslərinizi dürüstcə və açıq şəkildə ifadə etməlisiniz. Bu, sağlam bir evliliyin olmazsa, olmazıdır. Çətin bir mövzunu müzakirə etmək lazım gəldikdə sağlam bir üzləşmə edə bilməlisiniz. Mübahisə zamanı əsəbinizi, narazılığınızı və narahatlığınızı doğru şəkildə ifadə etməyi və qarşı tərəfi özünü müdafiə etməyə məcbur qoymamağı öyrənməlisiniz. Günahlandırıcı ifadələrdən qaçmağı, köhnə mövzuları açmamağı bacarmamış sağlam bir evlilik etmək çətindir.

Ailə planlamasını müzakirə edin.

Uşaq sahibi olmaq kimi vacib məsələlərdə partnyorunuzla eyni fikirdə olduğunuzdan əminsinizmi? Övlad sahibi olmaq, neçə uşaq istədiyiniz və ya uşaq sahibi olduqda cütlüyün karyera vəziyyətinin nə olacağı mövzusunda mütləq danışmalısınız.  Uşaq sahibi olmaq həyatınızı tamamilə dəyişdirəcək bir qərardır. Cütlük olaraq bunun fərqində olmalısınız. Bu mövzuda çıxa biləcək problemlərin öhdəsindən birlikdə gələ biləcəyinizdən əmin olmalısınız.

Çatışmayan cəhətlərinizi qəbul edin.

Heç birimiz möhtəşəm deyilik. Bir çoxumuzun ətrafında xoşbəxt bir evliliyin necə olacağı ilə bağlı örnək götürəcəyimiz insanlar yoxdur. Elə isə partnyorumuzun çatışmayan cəhətlərini qəbul etməli, daha yaxşı olması üçün onu dəstəkləməliyik. Əlbəttə eyni hərəkəti qarşı tərəf də etməlidir. Sağlam bir evliliyin olmazsa, olmazlarından biri də elə budur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!