Həyat yoldaşı seçimi həyatımızdakı ən vacib qərardır. Bu, dünyanın hər tərəfində soruşulan bir sualdır. Xarici ölkələrdə bir çox cütlük evlənməzdən qabaq psixoloqla məsləhətləşir.
Əgər qarşınızdakını dəyişdirmək kimi bir istəyiniz varsa, deməli ortada bir problem var. Evlənmək üzrə olduğunuz insan heç vaxt dəyişməyəcək. Ancaq bu, daim sabit qalacağını da bildirmir. Fiziki, ruhi, hissi olaraq yaxşıya və pisə doğru dəyişirik. Ancaq bu sizin ağlınızda tutduğunuz planlarınız istiqamətində olmaya bilər.
Evlilik çox qiymətli bir məsələdir. Qarşınızdakı insanı bacardığınız qədər olduğu kimi sevin. Nə qədər az dəyişdirmə xəyalınız varsa, demək o qədər doğru insanı seçmisiniz.
İnsanlar eyni zamanda bir-birlərinin ailələriylə də evlənirlər. Bu, təkcə fiziki olaraq bir yerdə olma halı deyil. Ailə mədəniyyətiylə də evlənirlər. Buradakı tənliyi doğru oxumaq lazımdır. Bəlkə evliliyə uyğun olmaq mövzusunda təkcə partnyorların bir-birinə uyğunlaşmasına deyil, eyni zamanda ailələrə də baxmaq lazımdır. Evlilik analı, atalı, dayılı, əmili, xalalı böyük bir koloniya halıdır. Hansı ictimai qrupda olsanız da, bu sahədəki dərdlər romantik olaraq evliliyin önündəki əhəmiyyətli maneələrdəndir. Hamımızın içində ailəmiz tərəfindən təsdiqlənmə və sevilmə istəyi vardır və bu az qala bizim sevilməyimizin isbatıdır.