- Həyat yoldaşınız artıq sizə olan sevgisini göstərməkdən əl çəkib və sizinlə sıravi bir insan kimi rəftar edirsə, xoşlandığınız və əhəmiyyət verdiyiniz şeylərə fikir vermir və artıq heç bir sevgi cümləsi qurmursa...
- Həyat yoldaşınız artıq işindən, dostlarında, sosial hadisələrdən, hobbilərindən başqa heç bir şeyi düşünmürsə və sizinlə həyatının bir parçası deyilmişsiniz, yox imişsiniz kimi rəftar edirsə...
- Evin içərisində birlikdə olduğunuz vaxtlarda məcbur olmadıqca sizinlə heç danışmırsa və demək olar ki ünsiyyətiniz tam kəsilmə həddinə çatıbsa, həyatındakı heç bir vacib hadisəni sizinlə bölüşmürsə...
- Başınıza gələn hər hansı hadisədə səbəbi nə olursa olsun, hər dəfə sizi haqsız çıxarıb günahın sizdə olduğunu deyirsə...
- Həmişə sizin yox, qarşı tərəfin tərəfini saxlayırsa və artıq heç bir mövzuda dəstəyini görməyəcəyiniz ilə bağlı bir düşüncə sizdə yaranıbsa...
- Tətil günlərində və boş vaxtlarda onunla demək olar ki, heç birlikdə vaxt keçirə bilmirsinizsə, daim sizsiz planlar qurub başqaları ilə daha çox vaxt keçirirsə, olduğu mühitdə sizin olmamağınız üçün bəhanələr irəli sürürsə, bir şəkildə sizinlə birlikdə olduğu vaxtlar əlindən telefonunu, qucağından notebookunu kənara qoymursa və həddindən çox sosial şəbəkələrə vaxt sərf edirsə...
- Gələcəklə bağlı planlarında, istəklərində və düşüncələrində sizin adınız çəkilmirsə, bu planları sizinlə bölüşmür, fikrinizi soruşmur, hətta sizdən gizlədirsə...
- Sizə qarşı rəftarında nəzərə çarpacaq dərəcədə diqqətsizlik, danışıqlarında lağ edən kimi bir üslub hiss edirsinizsə, sizə qarşı hörmətsiz hərəkət edirsə...
- Bütün bunları özündən soruşduqda sizə əsaslı bir açıqlama vermək ehtiyacı hiss etmir və yola verməyə çalışırsa...
- Xoşunuza gəlməyən və sevmədiyiniz nəsə varsa, onları etməkdən heç çəkinmirsə və əksinə sizin qıcıqlanmağınız üçün əlindən gələni etdiyini hiss edirsinizsə, sizi incitməkdən zövq aldığını düşünməyə başlamısınızsa, bu əlamətlərin fonunda həyat yoldaşınız üçün bu evliliyin bitdiyini və sizə qarşı olan sevgisinin tükəndiyini deyə bilərik.