Cütlüklər müxtəlif mövzularda mübahisə edə bilirlər. Misal üçün axşamdan qalan yuyulmamış qablar belə mübahisənin səbəbi ola bilər. Bəzi mübahisələr təkrarlana bilər. Mütəxəssislər eyni mövzuda təkrar edilən mübahisələrin münasibət baxımından zərərli ola biləcəyini bildirir.
Ev işləri haqqında mübahisələr
Münasibətlərdə ən geniş yayılmış mübahisə mövzularından biri ev işləridir. Çünki kişilər, adətən, ev işlərinin məsuliyyətini qadınlarla bölüşmək istəmirlər. Əgər sizə lazımi qədər əhəmiyyət verirsə, bəzi vərdişlərini bir kənara buraxa və ya dəyişdirə bilər.
Maddi məsələlərlə bağlı mübahisələr
Qarşı tərəflə daim pulla bağlı mübahisə edirsinizsə, bu, həyata fərqli pəncərələrdən baxdığınızı bildirir. İnsanlar pulun azlığı səbəbindən mübahisə etdiklərini zənn etsələr də, əslində həyatdakı prioritetlərinin fərqli olmasından mübahisə edirlər.
Ailələr
Ailələrlə bağlı daim mübahisə etmək tərəflərdən birinin münasibətdə dəyər görmədiyinə işarədir. Misal üçün qarşı tərəf daim sizin ailənizlə görüşdüyü halda, öz ailəsi ilə ildə bir-iki dəfə görüşə bildiyini düşünürsə, ya da ananızın tez-tez sizə gəlməsindən şikayətlənirsə, münasibətdəki əhəmiyyətlilik dərəcəsində ilk sırada olmadığını düşünə bilər.