“Evliliyin ilk illərində uyğunlaşma probleminin öhdəsindən necə gəlməli?

Evliliyin ilk illərində uyğunlaşma probleminin öhdəsindən necə gəlməli?

Cütlüklərin evliliklərinin ilk illərində öhdəsindən gəlməkdə çətinlik çəkdikləri problemləri hiss etmələri və gələcəkdəki münasibətləri ilə əlaqədar narahatlıq duymaları olduqca təbiidir. Günümüzdə evliliklə bağlı qərarların alınmasının əvvəlki dövrlərə nisbətən daha çox düşünülərək və şəxsi maraqlara daha böyük önəm verilərək gerçəkləşdiyini demək mümkündür. Tərəflər həyat yoldaşı seçərkən, evlilik zamanlamasını edərkən və evliliklərinin maddi, sosial və digər yönlərini müəyyən edərkən əvvəlki nəsillərlə müqaisədə daha çox planlama edirlər.

Ailələrə yaxın bir ərazidəmi yaşayaq? Elə isə hansı tərəfin ailəsinə? Tərəflərdən hər ikisi də işləyəcəkmi? Xərclər necə bölünəcək? Evləndikdən sonra birlikdə hansı fəaliyyətləri gerçəkləşdirəcəklər? Boş vaxtlarını necə planlaşdıracaqlar? Bütün bu sualların siyahısı hələ bir az da uzana bilər. Bəzən yeni evlənəcək cütlüklərin ağla gəlməyəcək mövzularda planlama etdikləri görünür. Adətən öz ata analarının etdiyi səhvləri etməmək, ətrafda gördükləri mənfi münasibətlərin əksinə bəyəndikləri münasibətlərdən örnəklər götürmə kimi hallara rast gəlinir.

Çox zaman cütlüklər evlənmə qərarı almadan öncə münasibətlərini fərqli hallarda sınayıb, fərqli çətinliklər qarşısında necə davrandıqlarına baxır və evlilik üçün bir növ məşq edirlər. Bütün bu incə hesablamalara rəğmən yenə də cütlüklərin evliliklərinin ilk illərində baş verməkdə olan çətinliklərlə mübarizədə çətinlik çəkdiklərini, uyğunlaşmada problem hiss etmələri və gələcək zaman üçün narahat olmaları mümkündür. Çünki evlilik birlikdə yaşamaq və ortaq bəzi məşğuliyyətlərə sahib olmaqdan da əlavə bir cütlük olma halıdır. Cütlük olma halı isə insanların uşaqlıqdan etibarən ehtiyac duyduğu şeylərdən biri olmaqla birlikdə ən çətin insan münasibətlərindəndir.

Evliliklərinin ilk illərində uyğunlaşmada çətinlik hiss edən cütlüklər psixoloji terapiyaya müraciət etdikləri zaman daha çox üstünlüklərə sahib olurlar. Problem olaraq hiss edilən halların anlaşılması və başqa şəkildə yenidən həll olunması ortadakı problemləri də həll etməyə kömək edəcəkdir. Tərəflərin bir-birinin hisslərini anlaya bilmələrinə, kin kimi mənfi qəbul edilən hisslərinin altında əslində başqa hisslərin olduğunun fərqinə varmalarına, bir-birlərinə və özlərinə başqa istiqamətlərdən baxa bilmələrinə köməkçi olur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!