Uşaq sahibi olmaq istəyənlərin hamilə qalması təxminən 6 ay davam edir və bu müddət ərzində sadəcə 85% insan uşaq sahibi ola bilir. Hamilə qalma prosesini sürətləndirmək istəyənlərin nəzərinə!
Alimlərin verdiyi açıqlamaya görə spermaların 24 saatlıq biolojik saatları olur və spermaların ən aktiv olduqları saatlar səhər saatlarıdır. Uşaq sahibi olmaq istəyən cütlüklər yaz aylarında səhər 07:30-dan əvvəl cinsi əlaqədə olmalıdırlar. Zürih Universitet Xəstəxanasının mütəxəssisləri 25-40 yaş aralığında olan və müalicə alan 7068 kişinin sperma nümunələrini analiz ediblər. Nümunələr sperma sıxlığı, ümumi sperma miqdarı, hərəkətliliyi və forması baxımdan araşdırılıb.
Dailymaildə yer alan xəbərə görə Dr. Brigitte Leenersə görə “kişilərdə sperma keyfiyyəti həm 24 saatlıq, həm də biolojik ritmə görə fərqlilik göstərir”. Nəticələrə görə mart, aprel, may aylarında spermanın sıxlığı ən yüksək səviyyəyə çatır. Amma yay aylarında kəskin azalma müşahidə olunur. Beynəlxalq Səhiyyə Sisteminin məlumatına görə hər yeddi cütlükdən biri uşaq sahibi olmaq mövzusunda problem yaşayır. Araşdırmalar bu problemlərin 50%-nin spermanın keyfiyyətindəki azalmadan qaynaqlandığını göstərir.