“Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!

Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!

Hamilə qala bilməmək dövrümüzün ən önəmli problemlərindən biridir. Bunun səbəbi sizin cinsi sağlamlığınızın yerində olmaması ilə əlaqədar olmaya bilər. Həyat tərzinin normal olmaması, düzgün qidalanmama, stresli həyat tərzi və s. kimi faktorlar hormonların alt-üst olmasına gətirib çıxara, bu da hamilə qalmaq şansını azalda bilər. Lakin bütün bunları həyat tərzinizi dəyişərək idarə altına ala bilərsiniz!
Hamilə qalmaq şansınızı artıracaq 5 tövsiyəni sizlərə təqdim edirik.
1. Çəkinizi kontrol edin.
Artıq çəki və ya çəkinin az olması mensturasiya qaydasını pozur. Esterogen hormonunun böyük bir qismi digər hormonların yağ təbəqəsinə çevrilməsi ilə ortaya çıxır. Bu tarazlığı qorumaq üçün bədəninizdəki yağ kütləsi 17-21% olmalıdır. Əks təqdirdə qandakı esterogen səviyyəsi arta və ya azala bilər. Bu da yumurtlama qaydasını pozur və hamilə qalmağı çətinləşdirir.

2. Siqareti tərgidin
Siqaretin zərərlərinin çox bilinməsinə rəğmən siqaret istifadəsinin hələ də olduqca yüksəkdir. Aparılan araşdırmalar və alimlərin təsdiqi ilə müəyyən olunub ki, siqarer spermlərin sayını 17% azaldır. Siqaret çəkən qadınlarda isə bu təsir sadəcə hamilə qalmaq şansını çətinləşdirmir, eyni zamanda düşük olma ehtimalını da artırır. Üstəlik siqaret çəkən insanlar hamilə qalmaq üçün etdikləri müalicədə siqaret çəkməyən insanlara nəzərən daha çox dərman qəbul etməli olurlar. Siqaretlə yanaşı həmçinin alkoqol qəbulu da anormal sperm quruluşuna səbəb olur.

3. Məşq edin.
Gündəlik yüngül məşqlər bədən və zehin sağlamlığını qorumağın ən asan yoludur. Yerimək, velosiped sürmək, üzmək, aerobika ideal idman növləri arasındadır. İdman sayəsində yağlar əriyir, stress səviyyəsi düşür və hormonal irəliləyiş olur. Unutmamaq lazımdır ki, ağır idman növləri də mensturasiya və yumurtlama nizamını pozur.

4. Sağlam qidalanın.
Sağla qidalanmaq ideal bədən ağırlığını qoruyub, hormonal səviyyələrin normal olmasını təmin edir. Yemək seçimində antioksidant və xüsusilə vitamin C və E ilə zəngin olanlara üstüblük vermək lazımdır. Bu yeməklər kişilərdə sperma sayına və hərəkətlərinə müsbət təsir göstərir. Yağlı yeməklər isə yumurtlama qaydasını pozan səbəblərdən biri olan insulin ifrazının artırır. İnsulinin artmasına səbəb şirniyyatlar və tərkibində çoxlu karbonhidrat olan yeməklərdir.
5. Doğru zamanda əlaqəyə girin
Bir qadının yumurtasının döllənmə müddəti 24-48 saat, spermin döllənməsi isə 72 saat təşkil edir. Bu səbəblə cinsi əlaqəyə girdiyiniz vaxtlara diqqət etməlisiniz ki, spermlə yumurta qarşılaşa bilsin. Qadınlar əsasən gözlədikləri mensturasiyadan 14 gün əvvəl yumurtlayırlar. Hamiləlik şansının ən çox olduğu əlaqə isə yumurtalaman bir neçə gün əvvəl olmalıdır. Hamiləlik şansının artması üçün hər gün əlaqəyə girmək lazım deyil, 2-3 gündə bir olması da yetərlidir. Əgər qadın düzgün mensturasiya olmursa, ginekoloji müayinə gərəklidir.
Həmçinin bax:
1) Qadınlarda sonsuzluq əlamətləri
2) Hamilə qalmaq şansı bu periodda daha çoxdur!
3) Hamilə qalmaq şansını nələr azaldır?


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!