“Hamiləlikdə intim münasibət uşağa zərər verirmi?

Hamiləlikdə intim münasibət uşağa zərər verirmi?

Hamiləlikdə cinsi həyata davam etmək zərərlidir? Bəs bunun uşağa zərərləri varmı?

İntim münasibətdə önəmli olan, uşağa təzyiq göstərməyən pozisiyaları seçməkdir. Bəzi cütlüklər və inanclar hamiləykən intim münasibətdə olmamağa üstünlük verir. Əslində əlaqəyə girməmək uşaq üçün daha zərərlidir. Çünki münasibət əsnasında ifraz olunan serotonin hormonu uşağın birbaşa inkişafına yönəlir. Bu hormon, cütlüklər arasındakı sevgini də artırır, uşağın ruhi olaraq sağlam bir ailədə doğulmasını təmin edir.

Cinsi əlaqə bədənin ehtiyacları arasındadır, şəxsi bir istək və ya seçim deyil, bir implusdur. İnkişaf etməkdə olan ölkələrdə hələ də tabu olma xüsusiyyətini qoruyan seks, hamiləlik dövründə ananın müqəddəslik imici altında geri planda qalır. Eyni zamanda hamilə qadın bu mövzuda həkimi ilə danışmaqdan da çəkinir. Normal fiziki bir hamiləlik müddəti ərzində cütlüyün son 4 həftə istisna olmaqla intim münasibətə ara verməsi ilə bağlı heç bir problem yoxdur.

İlk 3 ay ara vermək lazımdır.
Hamiləliyin başladığı ilk 3 ay ərzində intim münasibət məsləhət görülmür. Hamiləlik əlamətlərinin qabarıq olduğu bu dövrdə ananın da cinsi istəyi azalır, çox nadir hallarda bu aylarda cinsi istək yarana bilər.
Cütlük hamiləlik müddətində bir-birindən uzaqlaşmamalıdır.

Hamiləlik dönəmində intim münasibətdən qaçmaq, fərdlərin bir-birindən uzaqlaşmasına səbəb ola bilər. Buna görə də intim münasibəti qorumaq lazımdır. Uşaq doğulduqdan sonra ananın fiziki vəziyyəti, uşaq, uşağın problemləri, yuxusuzluq, yorğunluq cütlüklər arasında ciddi problemlərə səbəb ola bilər. Qadının istəyi ilə hamiləlik dönəmində müəyyən aralıqlarda da olsa intim münasibət məsləhət görülür.
Çin təqvimi nədir? - Cinsiyyət necə hesablanır?


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!