Hamiləlik səbəbi ilə əmələ gələn bədəndəki genişləmələr anaların dərisində çatlar yaradır. Demək olar ki, bütün hamilə qadınların ağlında olan suallardan biri də “Bu çatlar keçəcəkmi?” sualıdır. Aşağıda təqdim edəcəyimiz reseptləri yoxlayaraq sualınıza cavab tapa bilərsiniz.
Resept 1:
Ərzaqlar:
1 fincan soyuq zeytun yağı
Yarım fincan Aloe vera geli
Lavanda
Hazırlanması:
Aloe vera gelini və zeytun yağını qarışdırdıqdan sonra 1 çay qaşığı lavanda əlavə edib, blenderdən keçirin. Krem hazır olduqdan sonra çatların olduğu hissəyə masaj edərək tətbiq edin.
Resept 2:
Ərzaqlar:
Şirin badam yağı və limon suyu
Hazırlanması:
Limon suyu və badam yağını qarışdırıb, çat olan hissələrək masaj edərək tətbiq edin.