“Hamiləlikdə neçə kilo alınmalıdır?

Hamiləlikdə neçə kilo alınmalıdır?

Hamiləlik üçün başlanğıcda ideal kilosundan artıq olan xanımlar daha az kilo almaq istəyərkən, ideal kilosundan az olan xanımlar körpələrinin inkişafı üçün daha çox kilo almaq istəyirlər.

Hamiləlikdə çəki artımının izlənməsi çox böyük əhəmiyyət kəsb edir. İdeal kilosunda olan bir ana namizədi üçün məsləhət vermək lazımdırsa: ilk üç ay müddətində hər ayda 0.5-1 kilo, sonrakı aylarda isə 1.5-2 kilo çəki artımı normaldır.

Hamiləlik müddətində ananın ümumi ağırlığı 10-14 kilo, ortalama 12.5 kilo artmalıdır. 7 kilodan az olan çəki artımı həm ananın, həm də körpənin həyatını təhlükəyə sala bilər.

Hamiləlik zamanı xüsusən də ilk 4 ayda ana qətiyyən kilo verməməlidi.

Ananın və körpənin sağlığına təsir edən bu vəziyyətləri dəyərləndirsək, ananın hamiləlik yaşının çox önəmli olduğunu görərik. 20-35 yaşlar arasında hamilə qalan qadınların sağlıqlı hamiləlik keçirmə və sağlıqlı uşaq dünyaya gətirmə ehtimalı daha yüksəkdir, ancaq yeniyetməlik dövründə və 40 yaş üzərində hamiləlik, həm ana, həm də körpə baxımından risklidir.

Çox tez-tez uşaq dünyaya gətirmək də ananın və körpənin sağlığını təhlükəyə salır. İki doğum arasındakı müddət ananın özünü toplaya bilməsi üçün ən az 2 il olmalıdır.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar