“Konservləşdirilmiş balıq yemək hamilələr üçün zərərlidirmi?

Konservləşdirilmiş balıq yemək hamilələr üçün zərərlidirmi?

Bir çox qadın hamiləlikdə təbii üsullarla Omega-3 qəbul etmək üçün konservləşdirilmiş balıq yeyir. Bəs bunu yemək zərərlidir? Sizin üçün araşdırdıq.

Hamiləlikdə körpənin inkişafı üçün balıq yemək vacibdir. Balıq uşaqların beyin və sinir sisteminin inkişafı üçün olduqca vacib olan Omega-3 mənbəyindən biridir. Mövzu hamilə qadınların qidalanması olduğu zaman konservləşdirilmiş balıq beyinlərdə sual yaradır. Çünki konservləşdirilmiş tuna balığı bir miqdar civəyə malikdir və bu civənin anadan körpəyə keçməsi onun inkişafına mənfi təsir göstərə bilər. Bildirilir ki, hamilə və körpəsinə süd verən qadınların həftədə 2-3 porsiya az miqdarda tərkibində civə olan balıqları qəbul etməsi zərərli deyil. Digər yüksək civəli balıqları yemək isə zərərlidir. Bəs mütəxəssislər nə deyir?

“Etibar etdiyiniz bir yerdən aldığınız müddətcə yeyə bilərsiniz”

Amerikan ginekoloq Dr. Karen Filkins hamiləlik dövründə konservləşdirilmiş tuna balığı yeyilməsində problem olmadığını deyir və əlavə edir: “Konservləşdirilmiş tuna balığı risq daşıyan bir qidadır, ancaq onu gərəyindən artıq qəbul etmədiyiniz müddətcə yemək olar. Civə yalnız bədəndə toplandığı təqdirdə zərərli bir maddədir. Bu səbəbdən kiçik miqdarda tuna balığı yediyiniz zaman körpənin sağlamlığı risk altına düşməz. Balıq tərkibindəki proteinə görə də hamilələrin qidalanmasında vacibdir. Bu körpə üçün qoruyucu vəzifə görür.”

Digər tərəfdən qidalanma üzrə mütəxəssis Jean Halloran isə bunun tam əksini düşünür: “Məncə hamilələr konservləşdirilmiş tuna balığından uzaq durmalıdır. Bəzi konservlər digərlərinə nəzərən daha çox civə ehtiva edir. Çox kiçik miqdarda olduğunu düşündüyünüz miqdarda civə belə körpənin beyin inkişafına mənfi təsir göstərə bilər. Onun əvəzinə təzə dəniz məhsulları yemək olar.”

Bütün bu açıqlamalara baxsaq, konservləşdirilmiş tuna balığı yerinə digər Omega-3 qaynaqlarını seçə bilərik. Ancaq tuna balığını çox sevirsinizsə, çox yüksək miqdarlarda yemədiyiniz müddətcə risk yaratmadığını deyən mütəxəssislər də var. Bu səbəbdən də seçim sizindir, ancaq həkiminizlə məsləhətləşməyinizdə də fayda var.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!