“2016-cı ilin makiyaj modası necə olacaq?

2016-cı ilin makiyaj modası necə olacaq?

Makiyaj modası və ya makiyaj trendləri ümumiyyətlə əvvəlki ilin ortalarından bəlli olmağa başlayır. Bu trendləri bilərək makiyaj vasitələrinizi almağa başlaya və yaz, yay aylarında hər şeyiniz hazır olaraq makiyaj eləməyə başlaya bilərsiniz.

Son vaxtlarda yaranan ən böyük trend yüngül və təbii makiyajdır. Artıq qalın və qabarıq şəkildə bilinən tonal kremlər tarix oldu və bir çox model və makiyaj ustaları mümkün qədər az tonal krem istifadə edərək daha təbii bir görünüş əldə etməyə çalışırlar. Beləliklə, dərinin öz parlaqlığını, sağlamlığını və gözəlliyini ortaya çıxardaraq daha cazibədar bir görünüşə malik olmaq mümkündür.

Bu il istifadə olunacaq makiyaj modalarından biri də göz kölgələrində qızılı rənglərə üstünlük verilməsidir. Bununla yanaşı bijuteriyalarda və saçlarda da bu rəngdən istifadə ediləcəkdir. Belə ki, saçlarda qızıl sarısı reflelərə də geniş rast gələcəyik.

Pomadalarda çəhrayı və açıq rənglər əvəzinə tünd və qırmızı rənglərə daha çox üstünlük veriləcəyi deyilir. Odur ki, üzdən azaldılan makiyaj diqqətin dodaqlara yönəlməsinə səbəb olacaqdır. Əgər bu ilin modasına uymaq istəyirsinizsə, mütəq qırmızı və ya daha tünd rəngli pomadalardan istifadə etməlisiniz.

Təbii makiyaj modasının bir başqa əlaməti də bu il qalın laynerlər çəkməyə son verilməsi, gözləri daha dağınıq və təbii göstərən laynerlər çəkilməsidir. Bu sayədə makiyajın olub olmadığı bilinməyəcək və qalın qaşlarla birlikdə təbiilik daha da ön plana çıxacaqdır. Onu da qeyd edək ki, qalın qaşlar hələ uzun bir müddət davam edəcəkdir. Əgər siz yenə də makiyajınızla diqqət çəkmək istəyirsinizsə, bunu göz kölgələrinizdə tətbiq etməlisiniz. Qeyri-adi, parlaq rəngdə olan göz kölgələrindən istifadə edərək diqqəti gözlərinizə yönəldə bilərsiniz .


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!