“Dodaq formanıza görə pomada çəkmək üsulları!

Dodaq formanıza görə pomada çəkmək üsulları!

Hər bir dodaq formasına görə pomada çəkmək üsulu fərqlidir. Biz bu yazımızda hər formaya uyğun pomada çəkməyin qaydalarını sizin üçün yazmışıq. Bu qaydaları öyrənərək öz dodaq formanıza uyğun şəkildə pomada çəkə və bununla da daha gözəl bir görünüş əldə edə bilərsiniz.

Qalın dodaqlara sahibsinizsə

Əgər dodaqlarınız qalındırsa, dodaq qələmi istifadə edərkən dodaq cizginizin kənarına çıxmamağa diqqət göstərin. İstifadə etdiyiniz dodaq qələmi və pomada eyni rəngdə olmalıdır. Mat və tünd rəngli pomadaları rahatlıqla istifadə edə bilərsiniz. Mat görünüş əldə etmək istəyirsinizsə, pomadanın üstünə azca pudra vura bilərsiniz.

İncə dodaqlara sahibsinizsə

İncə dodaqlara sahib olanlar dodaq qələmini dodaq çərçivəsinin kənarından çəkməlidirlər. Beləliklə, həm dodaqlarınızı olduğundan daha qalın göstərəcək, həm də çəkdiyiniz pomadanın rənginin daha diqqətə çarpan şəkildə olmasına şərait yaradacaqsınız. Dodaq qələmi pomadanızdan 1 və ya 2 ton tünd rəngdə ola bilər. Pomadanızın daha diqqətə çarpan şəkildə görünməsini istəyirsinizsə, pomadanı çəkməmişdən əvvəl dodağınıza korrektor vura bilərsiniz. Açıq rəng pomadalar həmişə dodaqları daha qalın göstərir.

Dodaqlarınız əyri formadadırsa

Dodaqlarınızın daha hamar bir görünüşdə olmasını istəyirsinizsə, nəmləndirici krem istifadə etməyi unutmayın. Pomadanızı həmişə fırça ilə çəkin. Əgər alt və üst dodağınız arasında fərq vardırsa, yəni biri incə biri qalındırsa, iki fərqli tonda pomada seçə bilərsiniz. Qalın dodaq üçün tünd rəng, incə dodaq üçün isə bir ton açıq rəng pomada çəkməyiniz dodaqlarınızın simmetriyasını düzəldəcəkdir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!