“Hər qadına lazım olan 5 makiyaj məsləhəti

Hər qadına lazım olan 5 makiyaj məsləhəti

Makiyaj fırçalarından və vasitələrindən düzgün istifadə etməklə üzünüzdə bəyənmədiyiniz və ya xoşunuza gəlməyən yerləri dəyişdirə bilərsiniz.

Üz formanıza uyğun ənlik

Ənlikdən istifadə makiyajın ən asan addımı kimi görünsə də, zənn etdiyinizdən daha vacibdir. Ənlik təkcə dəriyə rəng vermir, həm almacıq sümüklərini daha nəzərəçarpan edir, həm də üzün konturunu yaradır. Buna görə əvvəlcə üz tipinizin necə olduğunu müəyyən edin. Beləcə önə çıxarılması lazım gələn yerləri irəli çəkə bilərsiniz.

Plastik qaşıq

Alt kirpiklərə tuş çəkmək çətindir. Çox vaxt tuş gözün altına yayılır. Plastik qaşığı alt kirpik dibinə tutaraq tuşu çəkin. Beləcə həm daha qalın bir qat çəkə bilərsiniz, həm də tuş dərinizə təmas edərək makiyajınızı korlamaz.

Göz makiyajına diqqət

Göz makiyajında istifadə edəcəyiniz  cizgilər və kölgələrlə yeni bir sima yaratmağınız mümkündür. Doğru məhsulu doğru şəkildə istifadə edərək gözlərinizi daha geniş, daha yaxın və ya daha dərin göstərə bilərsiniz.

Qurumuş tuşlara əlvida

Hansı marka olmasından asılı olmayaraq tuşun bir müddət sonra teksturası pozulur. Tuşlar quruduqda içərisində kiçik hissəciklər yaranır. Bu vəziyyət adətən tuşun içərisinə hava qaçması səbəbindən baş verir. Apteklərdə satılan gözyaşı damcılarından bir və ya iki damcı tuşunuzun içinə tökün, fırça ilə yaxşıca qarışdırın. Beləcə tuşunuz yenidən istifadəyə yararlı olacaq.

Evdə hazırlanmış BB krem

BB kremlər meydana çıxdıqda bir çox qadın “Mənim də ağlıma gəlmişdi...” deyə düşünmüş ola bilər. Əgər öz BB kreminizi özünüz evinizdə hazırlamaq istəyirsinizsə, ən sevdiyiniz nəmləndiricinin içərisinə “concealer” əlavə edə bilərsiniz. Qatılığını tənzimləmək isə öz istəyinizdən asılıdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!