“Kosmetika nədir?

Kosmetika nədir?

Kosmetika - dəri, dırnaq, saç kimi orqanların görünüşünü dəyişərək gözəlləşdirmək üçün istifadə olunan maddələr, preparat və vasitələrdir.

Kosmetika Yunan dilindən tərcümədə “düzəltmək, qaydasına salmaq, gözəlləşdirmək” anlamına gəlir. Arxeologiyadan gələn dəlillər qədim insanların piqmentləri necə hazırlayacaqlarını və tapacaqlarını, həmçinin bunları yağlı maddələr ilə qarışdıraraq mağara divarlarını boyamaq və bədənlərini bəzəmək üçün istifadə edilə bilən kimyəvi qarışıqları istehsal etməyi bildiklərini göstərməkdədir. O zamanlar bu, həm bir növ bəzək, həm də sehrdən qorunma üsulu olaraq istifadə edilirdi. O zamanki piqmentlərin analizi 17 fərqli rəngin istifadə edildiyini göstərməkdədir. Ən çox istifadə olunanlar ağ, qara, qırmızı, narıncı və yaşıl rənglər olmuşdur.

Kosmetikanın Asiyadan başlanğıcını götürmüş olması çox qüvvətli bir ehtimaldır. Hindu qadınlar kosmetika və müxtəlif ətirlərdən istifadə etmişdirlər. Məşhur hindu məqalələrində qadınlara dişləri, geyimləri, saçı, dırnaqları və bədəni rəngləndirmə sənətini öyrənmələri tövsiyə edilmişdir. Günümüzdə belə bir çox Hindu qadın kosmetikanı köhnə üsullarla istifadə edir. Göz qapaqları boyanır, üz və qollar zəfəran tozu ilə saraldılır və ayaq dabanları da xına ilə qızardılır.

Yunan zamanında Hipokrat və dostları dermotologiya üzərində işləyərək pəhrizin, gimnastikanın, günəşin, boyaların və masajın sağlamlıqla gözəlliyə olan faydalarını göstərmiş və kosmetikanın inkişafına təsir göstərmişdirlər. Qədim Romalılar kosmetikaya yuxarıdan aşağı baxır və çox az diqqət göstərirdilər. Kosmetika Yəhudi və Müsəlman dünyasında da bol miqdarda istifadə edilmişdir.

Britaniyanın ilk sakinlərinin də xam kosmetikadan istifadə etməkdən zövq aldığı düşünülməkdədir. Yeni və daha təsirli kosmetik vasitələrə duyulan tələbat inkişaf etdikcə istifadə edilən təhlükəli vasitələrin sayında da artma müşahidə olunmuşdur.
Kosmetika istifadəsində sıçrayış on səkkizinci yüzil Avropasında, xüsusən də Fransa və İngiltərədə meydana gəldi. 1880- ci illərə doğru texnologiya və reklamın kəşfi ilə kosmetika tarixində yeni dövr başladı və günümüzə qədər bu sahə hələ də inkişaf etməkdədir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!