“Makiyaj ilə kirpik uzatma üsulları

Makiyaj ilə kirpik uzatma üsulları

Bəzən biz qadınlar üçün əlimizdəki ilə kifayətlənmək mümkün olmur. Belə olmasaydı, kosmetika və plastik cərrahiyyə sahələri bu qədər inkişaf etməzdi. Misal üçün hansı qadın qısa kirpikləri olduğunu qəbul edir? Bir kosmetika mağazasına gedib, kirpik uzadan tuş alması kifayətdir. Makiyaj hiylələri bizə artıq uzun kirpiklər vəd edir. Gəlin sizinlə birlikdə makiyajla kirpik uzatma üsullarına nəzər salaq.

Kirpik qatlayıcı

Kirpiklər uzun olsa da, əgər düzdürsə, qıvrıq deyilsə, olduğundan qısa görünə bilər. Bir də kirpikləri qısa olanlar var. Kirpik qıvırıcıdan istifadə etdiyiniz təqdirdə sizin də kirpikləriniz daha uzun görünəcəkdir. Ancaq qaş düzəldərkən göz çıxarmamaq üçün kirpik qatlayıcısını tuşdan əvvəl istifadə etməyə diqqət etməlisiniz.

Pudra

Bir qat tuş vurduqdan sonra ikinci qatı çəkməzdən qabaq gözlərinizi pudralayın. Daha sonra yenidən bir qat da tuş vurun və fərqi özünüz görün. Bu üsul üçün xüsusi olaraq satılan pudralar da var. Ancaq əlavə xərc çəkmək istəməsəniz, hər zaman istifadə etdiyiniz transparan pudra da işinizə yarayacaqdır.

Pambıq

Daha əvvəldən istifadə etdiyiniz bir tuşun təmizlədiyiniz fırçasını əlinizdə diddiyiniz pambığa sürtün və bir qat tuş çəkilmiş kirpiklərinizi bu fırça ilə darayın. Daha sonra yenidən tuş çəkin.

Kiçik bir hiylə

Tuşu tətbiq etməzdən qabaq ilk əvvəl onu kirpiklərinizin uclarına çəkin. Qurumasını gözləyin. Daha sonra həmişə çəkdiyiniz kimi tuş çəkin. Kirpikləriniz həmişəkindən daha uzun görünəcək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!