Makiyaj eləmək gündəlik həyat üçün o qədər də qarışıq bir şey deyil. Çox az bir tonal krem , bir az pomada və göz makiyajı ilə gündəlik həyatınız üçün kifayət qədər gözəl görünməyiniz mümkündür. Ancaq xüsusi günlərdə bu sadə makiyajla getmək mümkün olmur. Bu zaman makiyajınıza xüsusi diqqət göstərməlisiniz. Bu yazımızı oxuyaraq makiyajı hansı sıra ilə etməli olduğunuzu öyrənə bilərsiniz.
Həmişə birinci nəmləndirici krem vurmalısınız
Kosmetika vasitələri təəssüf ki, dərimizi qurudurlar və buna görə də onlardan istifadə etməzdən əvvəl nəmləndirici krem vurmalısınız. Bu zaman gün ərzində makiyajda qalan dəriniz özünü yeniləmə qabiliyyətini davam etdirəcəkdir. Ancaq yağlı nəmləndiricilər əvəzinə tez sorulan su bazalı nəmləndiricilərdı istifadə etməlisiniz.
Bunun üstündən tonal krem çəkin
Nəmləndiricini vurduqdan sonra tonal kremi çəkməlisiniz. Beləliklə, digər vasitələri həm daha rahat tətbiq edə bilərsiniz, həm də onların tonal kremi çəkərkən zərər çəkmələrinə mane ola bilərsiniz. İstəsəniz tonal kremin üzərindən bir az pudra da vura bilərsiniz.
Növbə gəldi göz makiyajına
Göz makiyajı ilə pomada çəkilməsi bir-birilə əlaqəli olur. Göz makiyajını tamamladıqdan sonra pomada çəkməyə keçmək lazımdır. Göz makiyajınızı edərkən nəyisə səhv çəkdiyiniz zaman bir az isladılmış salfetka ilə yüngül toxunuşlar edərək təmizləyə bilərsiniz.
Ardınca pomadanı çəkin
Pomadamızı da makiyajımıza əlavə etdikdə haradasa makiyajı tamamlamış oluruq. pomada seçimini bir az üzünüzün formasına, bir az geyiminizə, bir az da göz makiyajınıza uyğun etsəniz, ən gözəl görünüşü əldə etmiş olarsınız.
Ən sonda isə ənliyinizi vurun
Üzümüzə ən son şəkil verən vasitə o olduğu üçün ənliyi ən sona saxlayırıq. Makiyajınızı ənliyi vurmaqla tamamladıqdan sonra artıq harasa getmək üçün hazırsınız.