“Maşında makiyaj etməyi sınamısınızmı?

Maşında makiyaj etməyi sınamısınızmı?

Şəhər həyatı həm də eyni anda bir neçə işi çatdırmaq deməkdir. Bəzən vaxt qazanmaq üçün makiyajımızı maşında tamamlamağa məcbur qala bilirik. Bu dəfə sizə hərəkət halında makiyaj etməyin incəliklərini izah edəcəyik.

Həyatınızı riskə atmamağınız üçün bunu bir daha xatırlatmalıyıq ki, əgər maşını idarə edən şəxs sizsinizsə, qətiyyən maşında makiyaj etməyin. Qırmızı işıqda makiyaj etmək olar deyə düşünüb, hərəkət halında olduğunuz zaman öz həyatınızı təhlükəyə atmayın.

İndi isə keçək məsləhətlərimizə:

- Kompakt tonal kremi süngərin köməkliyi ilə tətbiq etsəniz, dərinizdə ton fərqlilikləri olmaz. Tonal kremin üzünüzün hər tərəfinə bərabər yayılmasına diqqət edin.

- Ənlik olaraq krem teksturalı olanlara üstünlük verin. Bu səhv etməyinizin qarşısını alar və teksturası sayəsində rahat bir tətbiq imkanı verər. Bir anda daha canlı üzə sahib ola bilərsiniz.

- Ənlik və tonal kremi tətbiq etdiniz. Ancaq hərəkət halında olduğunuz zaman kirpik qatlayıcısını bir dəfəlik unudun. Əks halda kirpiklərinizə zərər verə bilərsiniz.

- Maye göz qələmi yerinə yumşaq teksturalı olan göz qələmlərinə üstünlük verin. Daha asan və səhvsiz tətbiq edə bilərsiniz.

- Maşında dodaqlarınıza rəng verərkən tətbiqi asan olan, mat dodaq boyalarından istifadə edin. Əlavə olaraq parlaq və kəskin rənglər yerinə nude və çəhrayı tonları seçin. Beləcə kiçik kənara çıxmaları asanlıqla düzəldə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!