“Tuşunuz quruyubsa, atmağa tələsməyin!

Tuşunuz quruyubsa, atmağa tələsməyin!

Makiyaj bütün xanımların ən güclü silahıdır və makiyajsız biz heç bir yerə çıxmırıq. Demək olar ki, makiyaj məhsullarına xərclədiyimiz xərcin sayı hesabı yoxdur. Günlük ən çox istifadə etdiklərimiz isə tuş, tonal krem, pudra və dodaq boyasıdır. Çalışdığımız qədər ən yaxşı firmaların məhsullarını alırıq, ancaq bəzən məhsullar 2-3 istifadən sonra quruyur. Əminik ki, bütün xanımlar bu situasiya ilə qarşılaşıblar. Yeni aldığınız tuş 2-3 istifadədən sonra quruyubsa, onu əvvəlki halına qaytarmaq mümkündür.

Quruyan tuşu əvvəlki halına qaytarmağın 2 üsulu var:

1-ci üsul: İsti suyun içində tuşunuzu 20 dəqiqə saxlayın.

2-ci üsul: Quruyan tuşun içərisinə bir-iki damcı zeytun yağı və ya badam yağı əlavə edin.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!