Qarşınızdakı şəxslərlə tanış olduğunuz ilk saniyədə insanlar sizinlə bağlı bir fikrə malik olurlar. Bu fikirlər qarşı cinsin nümayəndəsi ilə ilk görüşdə və ya bir iş görüşündə gerçəkləşir. Bu səbəbdən biz də qarşıdakı insan üzərindəki ilk təəssüratı müsbətə çevirmək üçün əlimizdən gələni etməliyik.
Sizlərə köməkçi olmaq üçün “How to Make People Like You in 90 Seconds or Less” kitabına nəzər saldıq. Kitab qarşıdakı insan üzərində təəssüratı müsbətə doğru dəyişmək üçün bir neçə strategiyadan bəhs edir. Biz də bunları 5 qısa addımda topladıq. Ən yaxşı xəbər isə bunun 4 saniyədən də qısa bir müddətdə baş verməsidir.
1. Ünsiyyətcil olun.
Kitab fiziki olaraq və hərəkətlərinizlə qarşınızda olan insana səmimi davranmağınızı məsləhət görür. Bunun üçün isə ağıla gəlməyən maraqlı məsləhətlər verməkdədir. Ürəyinizi əlinizlə və qolunuzla örtməyin. Yəni pencək geyinmisinizsə, düymələrini açıq saxlayın, qollarınızı çarpazlamayın.
2. Göz təması qurun.
Göz təması quran insan məhz siz olmalısınız. Beləcə, gözlərinizin təsirinin davranışlarınızı idarə etməsinə icazə verin. Göz təması qurmaq asan kimi görünsə də, bəzi insanlar bunu etməkdən narahat olur və ya sadəcə olaraq bunu bacarmır. Bacarmayanlar üçün də gözəl bir üsul var. Televizor izləyərkən ekrandakı insanların göz rənginə fokuslanın və beyninizdə bu rəngi təkrarlayın. Bunu bir neçə dəfə etdikdən sonra eyni üsulu insanlar üzərində də sınayın. Bir çox psixoloq həddindən artıq göz təmasının da insanları narahat etdiyini deyir. Bu səbəbdən də gərəyindən artıq göz təması qurmamaqda da fayda var.
3. Gözlərinizin içi gülsün.
Həmçinin, çalışın ki, ilk gülümsəyən də elə siz olasınız. Beləcə qarşıdakı insana səmimi biri olduğunuza dair mesaj göndərmiş olacaqsınız. İnsanlara gülümsəməyin sizi daha yaddaqalan edəcəyini də unutmayın.
4. “Salam” deyin.
Ona salam vermək aradakı səmimiyyəti ortaya çıxaracaqdır. Daha sonra da səmimi və özünüzdən əmin bir əllə görüşmə hərəkəti pozitiv bir təsir bağışlayacaq. Onun adını öyrəndikdən sonra çalışın ki, bir neçə dəfə bu adı təkrarlayasınız. Birdən çox insanla tanış olmusunuzsa, əlinizi hər dəfə yeni bir şəxsə uzadarkən tam şəkildə ona tərəf dönməyə diqqət edin.
5. İstəkli görünün.
Qarşıdakı insanı çox bezdirmədən istəkli görünməyə çalışın. Onun söhbəti ilə maraqlanırmış kimi görünməyiniz məsləhətlidir.