“Bir kişi üçün bunları əsla etməyin!

Bir kişi üçün bunları əsla etməyin!

Bəzən eşqin gözü həqiqətən də kor ola bilir və bizi səhvlər etməyə vadar edir. Bir çoxumuz üçün sevgi fədakarlıq deməkdir. Nə qədər çox sevsək, o qədər də güzəştə gedirik, nə qədər çox güzəştə getsək, hər şeyin o qədər yaxşı olacağına inanırıq. Lazım gəlsə, dostlarımızdan, ailəmizdən, karyeramızdan əl çəkməyi gözə ala bilirik. Bəs həqiqətənmi sağlam bir münasibət belə olmalıdır? Əlbəttə yox. Əslində bizi xoşbəxt edəcək insan olduğumuz kimi, xəyallarımızla, istəklərimizlə qəbul edəcək insandır. Sevginin tilsiminə qapılıb etməməli olduğunuz şeyləri sizin üçün yazdıq.

Xəyallarınızdan əl çəkmək

Həyatınız boyu xəyal etdiyiniz işi, evi və ya hər yansı şeyi tapdıqda heç kəsin bunu sizdən almasına icazə verməyin. Sevdiyiniz insan ilə xəyallarınız arasında seçim etməyə məcbur deyilsiniz.

Dəyərlərinizi yox saymaq

Hamının fərqli əxlaq anlayışı, siyasi baxışı və dəyərləri var, bunda səhv olan heç nə yoxdur. Hamı bir-birinin fikrinə hörmət bəsləməlidir, xüsusilə də həyatınızdakı kişi.

Xarici görünüşünüzü dəyişdirmək

Sırf sevgiliniz mükəmməl bədən ölçüləri və ya üz gözəlliyi istəyir deyə özünüzü dəyişdirməyə çalışmayın. Əgər fərqli birini istəyirsə, axtarışlarına davam edə bilər, amma sizi dəyişdirməyə haqqı yoxdur. Özünüzü olduğunuz kimi sevməyi öyrənin və sizi belə sevən birini tapın.

Ana olma qərarını ona buraxmaq

Ailəniz, həyat yoldaşınız və çevrənin təkidi... Heç biri övlad sahibi olmağa qərar verərkən sizə təsir edə bilməz. Əgər həyat yoldaşınız da, siz də övlad sahibi olmaq istəyirsinizsə, bu, mükəmməldir. Amma sizin bu barədə narahatçılıqlarınız varsa, sırf partnyorunuz istəyir deyə övlad sahibi olmağa qərar verməməlisiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar