“Bir kişinin sizi sevdiyini anlamağın 7 yolu

Bir kişinin sizi sevdiyini anlamağın 7 yolu

Bir kişinin sizi sevdiyini necə anlaya bilərsiniz? Görəsən sizi sevir? Bu suallar bir çox qadını maraqlandıran suallar arasındadır. Qadın-kişi münasibətlərində kişilər hər zaman hisslərini açıq göstərməyə bilər. Ola bilər ki, sizi sevdiklərini deməyi həm özlərinə, həm də sizə etiraf edə bilmirlər. Belə zamanlarda, yəni qarşınızdakı insan sizə qarşı çox açıq olmadıqda sizə olan sevgisini və diqqətini anlamaq, öyrənmək sizə düşür. Sözlərindən, hərəkətlərindən, baxışlarından və bir çox şeydən sizə olan diqqətini anlaya bilərsiniz. Bəzi sirləri isə biz sizə söyləyəcəyik.

  1. Sizinlə tək qalmaq üçün adətən tək olduğunuz zamanlarda yanınıza gəlirsə, sizə dostluqdan fərqli hisslər bəslədiyi anlamına gələ bilər. Sizinlə daha çox vaxt keçirmək və haqqınızda daha çox şey bilmək üçün sizə daim həyatınızla bağlı suallar verəcək. Əgər tez-tez bu istiqamətdə suallarla qarşılaşırsınızsa, demək sizinlə maraqlanır.
  2. Kişilər həyatlarında olan hər qız haqqında dostlarına və ailələrinə danışmazlar. Bu mövzuda danışmaq onların xoşuna gəlməyəcəkdir. Amma sizdən həqiqətən xoşu gəlirsə, evdə və ya dostlarının yanında sizin haqqınızda danışa bilər. Bu, sizdən xoşu gəldiyini və başqaları ilə sizin haqqınızda danışmaq istədiyini göstərir.
  3. Bəzi kişilər sizdən xoşlandıqlarını bilməyinizi istəməzlər. Bu səbəbdən də sizə qarşı diqqətsiz kimi davrana bilərlər. Diqqətsizlikləri ilə paradoks təşkil edən gizli baxışlarından sizdən xoşlandıqlarını asanlıqla anlaya bilərsiniz.
  4. Sizinlə danışarkən ayaqlarını yelləyirsə, bu özündən asılı olmadan etdiyi bir hərəkətdir. O, bunu instinktiv olaraq edir.
  5. Sizin dostlarınızla maraqlanırsa, demək olar ki, sizinlə bağlı hər şey onun diqqətini çəkir. Əgər sizin dost çevrənizə diqqət göstərirsə, bu, birlikdə daha çox zaman keçirmək üçün planlanmış bir hərəkətdir.
  6. Siz bir şey danışarkən sözünüzü kəsmir və diqqətlə dinləyirsə, sizə böyük hörmət bəsləyir. Kişilər adətən dinləməyi sevmir.
  7. Fiziki təmas qurmağa çalışırsa, buna əmin ola bilərsiniz. Çiyninizə toxunmaq, saçınızı arxaya atmaq belə onun üçün bir təmasdır. Bu fürsətləri qaçırmayacaqdır.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar