“Doğrudanmı bütün kişilər eynidir?

Doğrudanmı bütün kişilər eynidir?

Bəlkə də münasibətlərdə xoşbəxt olmamağımızın səbəbi bütün kişilərin eyni olduğunu düşünməyimizdir. Kişilərlə bağlı bu mühakimələrdən qurtulun!

Tək olmağımızın, münasibətlərimizdəki problemlərin, münasibətlərdən qorxmağımızın səbəbi bəlkə də mühakimələrimizdir. Keçmişdən gətirdiyimiz qəlb qırıqlıqlarımız, üzüntülərimiz və qəzəbimiz tanış olduğumuz hər kişiyə bu mühakimələrlə yanaşmağımıza səbəb ola bilər. Bir dəfə xəyanətə uğrasaq, bütün kişilər xəyanət edir deyə düşünürük. Qısqanc bir kişi ilə birlikdəyiksə, bunu kişilərin sevgilərini göstərmə forması hesab edə bilərik. Bir də bunlara çevrədən gələn şablon düşüncələr əlavə olunduqda birini tanıma və münasibətə başlama ehtimalı daha da azalır. Xoşbəxt bir münasibət yaşamaq üçün qurtulmalı olduğunuz fikirləri məqaləmizdə qeyd etdik.

Bütün kişilər xəyanət edir

Qadınların çoxu kişilərin xəyanət etməsi mövzusunda həmfikirdir. Bəs bu ümumiləşmiş fikir hər münasibətdə xəyanətə uğrayacağımızımı göstərir? Bütün münasibətlərimizi bu düşüncəyləmi yaşayacağıq? Təbii ki, yox. Bir çoxumuza inandırıcı gəlməsə də, xəyanət etməyən kişilər də var. Eqosunu bir kənara buraxıb, sizi sevəcək bir kişi başqa bir qadınla birlikdə olmağı düşünməyəcəkdir. Ya da ən azı bunu düşündüyü zaman münasibəti dürüst bir şəkildə bitirəcək cəsarəti göstərəcəkdir.

Evlilikdən qorxurlar

“Sevgilimi evliliyə razı sala bilmirəm, illərdir təkqaş gözləyirəm, yəqin mənimlə evlənmək istəmir.” kimi sözləri hamımız eşitmişik. Adətən, kişilərin evlilik üçün razı salınmalı olduğunu düşünürük. Ancaq həqiqət heç də belə deyil. Sadəcə evliliyə baxışları biz qadınlardan bir az fərqlidir. Biz aşiq olduğumuz zaman bir çox şeyi gözardı edərək, tez evlilik xəyalları qurmağa başlayırıq. Kişilər üçün isə bunun eşqlə heç bir əlaqəsi yoxdur. Bu, onlar üçün tamamilə doğru zamanı seçmə məsələsidir. Kişilərin hər birinin özünü evliliyə hazır hiss edəcəyi bir vaxt var. Bu, adətən, bir ailənin məsuliyyətini üzərinə götürə biləcək gücü hiss etməsi ilə əlaqəlidir. Buna görə də sevgilim evlənmək istəmir demək yerinə, ona məsuliyyətləri bölüşə biləcəyiniz bir həyat bəxş edin.

Sevən kişi qısqanar

Bir çox münasibətin sonunu gətirən bir şeydir qısqanclıq. Qısqanc kişi ilə münasibət yaşamaq çətindir, hətta gələcəkdə bu, ciddi problemlərə gətirib çıxara bilər. Buna baxmayaraq, bir çoxumuz qısqanclığın sevgi ilə əlaqəli olduğuna inanırıq. Getdiyimiz yerlərə, geyindiklərimizə, görüşdüyümüz insanlara qarışmayan bir kişinin bizi sevmədiyini düşünürük. Halbuki, münasibət hörmət və sevgi üzərində qurulur və sevən insan qarşısındakına güvənir. Bu səbəbdən də bu düşüncələri bir kənara buraxıb, həyatınıza hörmət bəsləyən bir kişi ilə birlikdə olmağın zövqünü yaşayın.

Kişilər tək yaşaya bilməzlər

Biz qadınlar kişilərin bizə ehtiyacı olduğunu düşünməkdən zövq alırıq. “Mənsiz yemək belə yeyə bilməz, tək bazarlıq edə bilməz, mən olmasam, bu ev məhv olar.” cümlələrini az qala qürurla işlədirik. Ancaq bunun səbəbi qarşınızdakı kişinin sizə olan bağlılığı deyil, öz məsuliyyətlərini sizin üstünüzə yıxmaq istəməsidir. Böyük ehtimalla ömür boyu anası tərəfindən əl üstündə saxlanan kişi eynisini sizlərdən də gözləyir. Amma həqiqətdə kişilər də tək yaşaya bilərlər. Bunu etməyə məcbur olduğunu bilməsi kifayətdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar