“Gəlin və qaynana arasında xoş münasibət yaratmağın yolu

Gəlin və qaynana arasında xoş münasibət yaratmağın yolu

Gəlin və qaynana dedikdə hamının ağlına mübahisələr gəlir. Ancaq evlilikdə gəlin-qaynana mübahisələrinin qarşısını ala bilərsiniz.

Həyat yoldaşınız ilə dərdləşin

Əgər qaynananız ilə aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamasa, onun anasını sevmədiyinizi, istəmədiyinizi və problem çıxardığınızı düşünə bilər. Onunla düşüncələrinizi və yaşadıqlarınızı bölüşün, amma unutmayın ki, haqqında danışdığınız insan həyat yoldaşınızın anasıdır. Ona hisslərinizi ifadə edərkən anasını tənqid etmək yerinə, olanları sakit və açıqlayıcı şəkildə ifadə edin.

Empatiya qurun

Həyat yoldaşınızdan öz ananız haqqında nələr düşündüyünü soruşun. Əgər hər ikiniz də hisslərinizi və düşüncələrinizi bölüşsəniz, bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi bildirmiş olarsınız.

Düşüncəli olun

Qaynananıza bir az vaxt verin. Onun da hər insan kimi problemlərinin ola biləcəyini nəzərə alın. Əmin olun ki, siz nə qədər kübar və anlayışlı olsanız, hər şey sizə qarşı pozitiv olaraq çevriləcək.

Təbii və səmimi olun

Qətiyyən süni olmayın. Yaşı və həyat təcrübəsinə görə hər şeyin fərqində olacaqdır. Siz onu sevmədiyinizdən əmin olduğunuz halda onu sevirmiş və aranızda heç bir problem yox imiş kimi hərəkət etsəniz, şübhələnəcək və münasibətiniz daha da səmimiyyətsiz bir hal alacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar