Təməli sağlam və uzun müddətli bir münasibət qurmaq üçün partnyorunuzla mesajlaşma ərəfəsində diqqət etməli olduğunuz vacib faktorlar var.
Mesajlaşarkən nə vaxt nə deyəcəyiniz çox əhəmiyyətlidir. Bu mesajlar münasibətin başlanğıc ərəfəsində münasibətinizin gedişatını müəyyən edir.
Biz bu yazımızda sizin üçün kişilərlə mesajlaşarkən diqqət etməli olduğunuz bəzi mövzu başlıqlarını göstərmişik. Budur, kişilərə göndərməməli olduğunuz mesajlar:
1- Darıxdım.
Qadınlar yeni bir münasibətə başlamağın həyəcanı ilə sevgililərinə onun üçün darıxdıqlarını, ən yaxın vaxtda görmək istədiklərini və ondan çox xoşları gəldiyini demək istəyirlər. Mesajda bu sözlərlə yanaşı həddindən artıq ürək, gülüş və digər üz ifadələrini bildirən smayliklərdən də istifadə edirlər. Bu da ilk vaxtlarda kişilərin xoşuna gəlsə də, bir müddət sonra onları bezdirir. Buna görə də sevgilisi yanından ayrılandan hələ 10 dəqiqə keçməsinə baxmayaraq “Sənsiz darıxdım” deyə mesaj atan qız olmayın!
2- O sizin “uşağınız” deyil
Uşaq danışıqlarına son qoyun! Xüsusilə də mesajlaşarkən.
3 yaşında bir uşaqla söhbət edərkən deyəcəyiniz sözləri sevgilinizlə mesajlaşarkən istifadə etməməlisiniz. Belə edərək ona anasını xatırlatmaq istəməzsiniz hər halda. Bu mesajlaşma tərzi bir vaxtlar sempatik görünsə də, əslində uzun müddətli bir münasibətin düşmənidir.
3- İkinci mesajı yazmayın!
Ona mesaj göndərmisiniz və bir az gözləmənizə rəğmən hələ də cavab gəlməyibsə, heç vaxt ikinci mesajı göndərməyin! Əgər bir kişi sizinlə həqiqətən danışmaq istəyirsə, ancaq o vaxt danışacaqdır. Belə ki, onun mesajınıza cavab yazmasını istəyirsinizsə, ona sual verməlisiniz. Lakin mesajlaşmaq üçün söhbəti uzatdığınızı hiss etdirəcək suallar verməməyə diqqət yetirməlisiniz. Zamana buraxın və unutmayın qaçan qovalanar. Qovalayan isə siz olmayın.
4- Onun həyatınızda ilk sırada olduğunu bildirməyin!
Həyatınızda sizin üçün hər şeydən və hər kəsdən öndə olmasın və ya belə olsa da bunu ona hiss elətdirməyin. Əgər sizə kinoya getmək istəyib istəmədiyinizi soruşarsa, “ola bilər” kimi bir cavab verin. Özünü önəmli hiss etməsinə şərait yaratmayın. Topu öz əlinizdə tutmaq üçün son mesaj yazanın o olmasına fikir verin.
5- Hey, ordasanmı?
Əgər mesajlarınıza birdən-birə cavab yazmağı dayandırdısa, ya da gec cavab yazırsa, ona “Alo, ordasan?” kimi mesajlar göndərməyin. Belə mesajlar həddindən artıq sahiblənici və ifrat dərəcədə bağlanan biri olduğunuzu düşünməsinə səbəb ola bilər.
6- “İlk”i mesajla deməyin!
Əgər sevgilinizə ilk dəfə onu sevdiyinizi deyəcəksinizsə, bunu əsla mesajda yazmayın. Bu sözü onun gözlərinin içinə baxaraq deməlisiniz.
7- Gülüş smayliklərindən az istifadə edin.
Gülməyi sevən biri ola bilərsiniz, ancaq sevgiliniz ilə mesajlaşarkən hər mesajı gülüş smaylikləri ilə bitirməyin. Mesajlaşarkən əyləndiyinizi bu smayliklərlə bildirməyinizə ehtiyac yoxdur, çünki sevgiliniz bunu bilərək sizinlə danışır. Normal ölçüdə və yerində gülüş smayliki yazmağınız normal sayıla bilər, lakin ifrat dərəcəyə çatdırmamağa diqqət yetirməlisiniz.
8- Pessimist olmayın!
Həyata küsmüş və ya bütün problemləri beyninə salan biri kimi görünməyin. Kişilər depressiyada olan qadınlarla vaxt keçirməyi xoşlamırlar. Buna görə də daha pozitiv olmağa çalışın və probleminiz olsa belə bunu ona bildirməyin.