“Kişilərin bir qadınla evlənmək istədiyini başa düşməsinə səbəb olan məqamlar

Kişilərin bir qadınla evlənmək istədiyini başa düşməsinə səbəb olan məqamlar

Bir çox kişi həyat yoldaşından danışan zaman “onunla evlənəcəyimdən əmin idim” deyir. Bəs qadınları başa düşmədiklərini deyən kişilər nə qədər müddətdə bir qadınla birlikdə yaşamaq istədiklərini başa düşürlər?
Kişilərin bir qadınla evlənmək istədiyini başa düşmə sirləri:

1. Nə qədər inandığınıza diqqət yetirirlər.
Başınızı və bədəninizi dik saxlamağınız, göz-gözə gəlməyiniz, əlindən tutmağınız özünüzə inamınızı göstərir. Özünə inanan kişilərin bu qadınlardan xoşları gəlir. Kəşf etmə hissinə sahib kişilər isə məsafəli və utancaq qadınlardan xoşlanır.

2. Sizdən gözəl uşaqları olub olmayacağına əhəmiyyət verirlər.
Kişilər də qadınının xarici görünüşünə diqqət yetirərək gələcəkdə övladının fiziki xüsusiyyətlərinin necə olacağını bilirlər.

3. Azad ruhlu qadınları xoşlayırlar.
Geyiminizə diqqət yetirərək çılğın, ya da klassik biri olub olmadığınızı dəyərləndirirlər. Cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Geyim tərziniz fiziki xüsusiyyətinizə və xarakterinizə uyğun deyinsə, o dəqiqə başa düşülür.

4. İşinizi həmin dəqiqə təxmin edirlər.
Ümumilikdə qısa saçlı qadınlar hüquq, maliyyə kimi sahələrdə işləməyə üstünlük verirlər. Qeyri-adi saç modelləri seçən xanımlar media, reklam, ya da ictimaiyyətlə əlaqələrdə işləyirlər. Yığılan və ya at quyruğu edilən saçlar qətiliklə ya həkim, ya da müəllimələrindir. Dikdabalı ayaqqabı geyinən qadınlar kişilərin nəzərində karyera sahibi, uğurlu, özündən əmin idarəçilərdir.

5. Bədxərc və ya qənaətcil olduğunuzu bilirlər.
Kişilərin markadan anlamadığı fikri düzgün deyildir. Geyimlərinizə baxaraq sizin çox pul xərcləyib xərcləmədiyinizi tez başa düşürlər.

6. Çətin biri olub olmadığınızı başa düşürlər.
Bir yerdə olduğunuz zaman yer seçimi, yemək seçimləri, getdiyiniz yerdəki davranışlarınız sizin çətin bəyənən biri olduğunuzu göstərə bilər.

7. Optimist olub olmadığınızı ilk görüşdən başa düşürlər.
Kişilərlə tanışlığınız zamanı üz ifadənizdən nə qədər optimist olduğunuzu anlayırlar. Qaşqabaqlı, dodaqlarını çeynəyən, dırnaqlarını yeyən biri olmaq xeyrə əlamət deyil. Kişilərin həyat eşqi yüksək olan qadınlarla birlikdə olmaqdan xoşları gəlir.

8. Ona inanan qadın istəyirlər.
Bir kişi sizi ilk görüşdə dostlarınızla söhbət edərkən, əylənərək görürsə, ona bağlı olmayacağınızı başa düşür.

9. Deyingənlikdən xoşlanmırlar.
Soruşduğu hər suala şikayət cümləsi ilə başlayırsınızsa, beynində suallar yaranacaq. Kişilər həyatı olduğu kimi qəbul etməyin tərəfdarlarıdırlar və şikayət etməyi xoşlamırlar. Sizin hadisələrə yanaşma tərzinizdən həyatınız boyunca deyingən olub olmadığınızı başa düşə bilirlər.

10. Xoşlandığınızı həmin dəqiqə başa düşürlər.
Kişilər ondan xoşunuz gəldiyini ilk 20 saniyədə başa düşürlər. Qarşı cins bədən dilini oxuya bilən biridirsə, sizin hisslərinizi başa düşə bilər.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar