Hər şey yaxşı gedirmiş kimi göründüyü bir vaxtda kişilər qadınlardan birdən-birə soyuyub uzaqlaşa bilər. Kişilər arasında aparılmış sorğuya əsasən onların qadınlardan soyuma səbəbləri və ən çox şikayətçi olduqları mövzular ortaya çıxdı. Biz də nəticələri sizlər üçün bu yazımızda qeyd etdik.
Bəzən sevgilinizin sizdən birdən-birə uzaqlaşdığını yəqin ki, bir çoxlarınız müşahidə etmisiniz. Bu zaman onun niyə uzaqlaşdığını anlamaq demək olar ki, bütün qadınlar üçün çətindir. Xüsusilə də qarşınızdakı insan çox sevdiyiniz biridirsə, bu sizə çox pis təsir edə bilər. Bu uzaqlaşmanın səbəbi ağlınıza belə gəlməyən bir çox şey ola bilər. Gəlin onlardan ən vaciblərinə birgə nəzər salaq.
Daim telefon vasitəsilə əlaqədə olmaq istəməyiniz
Artıq hamımıza bir yalan kimi gəlməyə başlamış olsa da, əslində hələ də bir şəxsin sizdən soyumasına səbəb olan hərəkətlərin başında daim ünsiyyətdə olmaq istəməyiniz gələ bilər. Kişilər qadınların daim mesajlaşmaq və ya danışmaq istəyini heç cür anlaya bilmirlər. Hətta bunu boğucu bir hərəkət olaraq görürlər. Gün ərzində harada olduqlarını, nə etdiklərini bildirməyə məcbur hiss etdikləri zaman isə qarşılarındakı qadından soyuduqlarını bildirirlər. Eyni zamanda qadınların öz dostları ilə də davamlı olaraq mesajlaşmasını və ya telefonda danışmasını narahatedici bir şey kimi qəbul edirlər. Bu zaman bütün şəxsi həyatlarının başqasına danışıldığını hiss edirlərmiş. Bu da onlar üçün qarşılarındakı qadından soyumaq üçün çox vacib bir səbəb imiş.
Xarici görünüşünüzə qarşı qədərindən artıq həssas olmaq
Ümumi olaraq gözəl bir fiziki görünüşün çox vacib olduğunu düşünən kişilər qadınların bu fiziki görünüşü əldə etmək üçün diet saxladığını bildikləri zaman adətən bundan xoşlanmırlar. Daim kaloriya hesablamaları edən, ya da doya bilməyəcəyi qədər kiçik porsiyalarda yemək sifariş edən qadınlarla yemək yemək kişilər üçün narahatedicidir. Bu halda qarşılarındakı qadının xarici görünüşünə gərəyindən artıq diqqət etdiyini düşünürlərmiş. Eynilə nə geyinəcəyini saatlarla düşünən, ya da tez-tez makiyajını yeniləyən, əsla makiyajsız bir yerə getməyən qadınlar da onlar üçün xoşagəlməz təsir bağışlayırmış.
Özünüz haqqında gərəyindən artıq danışmağınız
Hər bir insan qismən özü haqqında danışmağı sevir. Bir qadından soyuma səbəblərinin soruşulduğu kişilərin böyük bir hissəsi həmişə özündən danışan və heç vaxt qarşısındakı ilə bağlı sual verməyən qadınlardan çox tez soyuduqlarını qeyd ediblər. Kişilər münasibətdə diqqət görməkdən xoşlandıqları üçün davamlı şəkildə öz həyatından bəhs edən qadınlar kişilərə “səninlə çox da maraqlanmıram” mesajı verirmiş. Həmçinin kişilərin bir qismi özü haqqında çox danışan qadınların özünə inam problemi yaşadığını düşünərək münasibətlərində bir gələcək görə bilmirlərmiş.
Kiçik şeylərə görə tez-tez ağlamağınız
Qadınların həssas olmasını əslində çəkici bir xüsusiyyət olaraq görən bir çox kişi bu hisslər ağlayaraq ifadə edildiyi zaman, xüsusilə də ağlamalarının səbəbi onlar üçün vacib olmayan bir şeydirsə, həmin qadından uzaqlaşa bilirlər. Çünki bir çox kişi ağlayan qadının qarşısında nə edəcəyini bilmir. Çox kiçik hadisələrə belə tez-tez ağlayan qadınlar kişilərə “tez burdan qaçaraq uzaqlaş” mesajı verirlər.
İcazəsi olmadan əşyalarına toxunmağınız
Sevgilinizin masada qoyduğu telefonu yoxlamaq... Bax bu kişilərin sevgilisindən uzaqlaşması üçün ən vacib səbəblərdən biridir. Bu cür qadınlar kişiləri zənn etdiyinizdən daha çox narahat edir. Çünki bu halda onlar, qadınların onlara güvənmədiyini düşünür və özləri də sevgililərinə güvənlərini itirirlər. Münasibət daxilində tərəflərdən birinin belə güvənsizlik yaşaması ayrılma səbəblərindən biridir.
Həmçinin kişilərin çox böyük bir hissəsi sevgililəri ilə sosial media şifrələrini bölüşmək istəmirlər. Hətta şifrənin tələb olunması belə soyuma səbəblərindən biridir.
Həddindən artıq qısqanc olmağınız
Qədərində qısqanclıqlar bir çox kişinin xoşuna gələ bilər. Amma sadəcə çevrəsindəki qadınlara qarşı deyil, kişi dostları və ailəsinə qədər həyatındakı bütün insanların sevgilisi tərəfindən qısqanıldığını görən kişilər münasibətlərini davam etdirmək istəmirlər. Kişilər üçün qadını cəlbedici edən xüsusiyyətlərdən ən vacibi özünə inamıdır. Həddindən artıq qısqanc qadınların isə bu özünə inama sahib olmadıqlarını düşünürlər.
Daim keçmiş haqqında danışmağınız
Kişilər qadınların mükəmməl yaddaşı olmasından şikayətçidir. Yeni tanış olduqları bir qadının həmişə keçmiş münasibətlərindən, sevgililərindən, ya da ayrılıqlarından bəhs etməsi onların bir qadından soyuma səbəblərindən biri ola bilər. Kişilər münasibətlərinin irəliləyən illərində sevgililərinin daim keçmiş problemləri xatırlatmasını da narahatedici bir hal olaraq görürlər. Bu şəkildə hərəkət edən qadınların keçmişdə yaşadığını düşünür və gələcək planları qurmaqda çətinlik çəkirlər. Hətta həyatlarındakı qadın keçmişdən danışmağa başladığı an oradan qaçmaq istəyirlər.