Bəzi münasibətlərdə yaş fərqi problemlərə səbəb olur. Yaş fərqinə baxmayaraq sağlam bir münasibət qurmaq üçün etməli olduqlarınız Leydi.az-da!
Adətən, kişilərin özlərindən yaşca kiçik qadınlarla münasibət qurmağa üstünlük verdiyi düşünülür. 1930-cu illərdə aparılan araşdırma onların gənc qadınların daha sağlam övladlar dünyaya gətirəcəyini düşündükləri üçün onlarla evləndiklərini ortaya çıxarmışdır. Eynilə qadınlar da yaşca böyük kişilərin yaxşı ata olacağını düşünərək, seçimlərində bunu nəzərə almaqdadırlar. Təbii ki, bunun tam əksi də mümkündür. Ancaq hər iki halda da tərəflər arasında yaş fərqi artdıqca bir sıra problemlər yarana bilir. Ortaq maraq dairələri tapmaqda çətinlik çəkmə, bir-birinin sosial həyatına uyğunlaşa bilməmək yaş fərqi çox olan münasibətlərdə qarşılaşılan problemlərdən bir neçəsidir. Ancaq sevgi məntiq məsələsi deyil. Əgər qarşınızda aranızdakı yaş fərqinin çoxluğuna baxmayaraq doğru insan olduğuna inandığınız biri varsa, münasibətinizin sağlam davam etməsi üçün bir neçə şey edə bilərsiniz.
Nəzərə alın ki, yaşınız sadəcə bir rəqəmdir.
Əgər yaşca sizdən çox böyük, ya da çox kiçik biri ilə münasibətdəsinizsə, bu hal sizi də narahat edə bilər. Bəzən özünüzə “Görəsən səhv edirəm?” - deyə sual verməyiniz və çevrənizdəki insanların təsiri altında qalmağınız olduqca təbiidir. Ancaq bu zaman yaşınızın sadəcə bir rəqəm olduğunu xatırlayın. Münasibətinizdə ən önəmli olan şey xarakterinizdir. 20 yaşlarında kifayət qədər yetkinliyə çata bildiyiniz kimi 40 yaşlarında da özünüzü gənc hiss edə bilərsiniz. Burada vacib məqam isə tərəflərin bir-birinə nə qədər uyğun olmasıdır.