“Münasibətlərdə streslə mübarizə aparmağın yolları

Münasibətlərdə streslə mübarizə aparmağın yolları

Münasibətiniz sizi stressə salırsa, rahatlaşmağın tək yolu ayrılıq deyil.

Partnyorunuz ilə daha hörmətli rəftar edin. Uzun müddətli münasibətlərdə tərəflər vaxt keçdikcə qazanılan səmimiyyət ilə birlikdə bir-birlərinə necə hörmət göstərməli olduqlarını və qırdıqları ürəyi necə təmir edəcəklərini unuda bilirlər. Bir-birinizə daim hörmət edin.

Onunla hisslərinizi bölüşün. Son vaxtlarda yaşadığınızı dilə gətirin və ondan özünü necə hiss etdiyini soruşun. Bəlkə o da sizin kimi hiss edə bilər.

Ona qarşı gülər üzlü və nəzakətli olmağa çalışın. Hər gün birlikdə olmağınız heç də hər şeyin adiləşməsinə gətirib çıxarmamalıdır. Bəzən bir gülümsəmə belə ürəkləri isidə bilər.

Onunla danışarkən onda bəyəndiyiniz xüsusiyyətləri vurğulayın. Danışarkən o da, sizin səhvlərinizi və müsbət cəhətlərinizi hiss edəcəkdir.

Həftədə ən az 1 günü bir-birinizə ayırın. Ananızın yanına getmək, dostlarınızla vaxt keçirmək, ya da evə gəldikdə belə işlə məşğul olmaqdan həyat yoldaşınızı diqqətdən kənarda qoya bilərsiniz. Bunun üçün ən azından bu bir günü münasibətinizə qazandırın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar