“Onun sizin üçün darıxmasını istəyirsiniz?

Onun sizin üçün darıxmasını istəyirsiniz?

Kişilərin nə edəcəyi çox vaxt bəlli olmur. Onun sizin üçün darıxmasını istəyirsinizsə, bir neçə sadə şeyi bilməyiniz kiyafət edə bilər. Əgər məqsədiniz onun sizin üçün darıxması və hər dəqiqə sizinlə olmağı istəməsidirsə, narahat olmayın. Sizin üçün 7 məsləhətimiz var.

1. Dostlarınızla vaxt keçirin

Kişiləri dəli etməyin yollarından biri sizi idarə edə bilməyəcəklərini göstərməkdir. Hətta o yanınızda olmadığı zaman yaxşı vaxt keçirməyiniz belə onu dəli edə bilər. Əgər sevgilinizdən bir az da diqqət görmək istəyirsinizsə, qızlarla birlikdə vaxt keçirə bilərsiniz. Təkcə qızların gələ biləcəyi bir görüş planlayın, əylənin və rəqs edin. Sizin üçün darıxacağından şübhəniz olmasın.

2. Kiçik sürprizlər edin

Ona hazırladığınız bir yemək və ya getmək istədiyi konsertə bilet almağınız həmişə işə yarayacaq. Vacib olan onun zövqünə xitab edəcək bir şey üçün çalışmaqdır.

3. Telefon

Daim ona ilk mesajı atan sizsiniz? Bu sizi narahat etməyə başlayıb? Elə isə artıq ona mesaj yazmayın. Beləcə, o, sizin üçün həqiqətən darıxacaq və səsinizi eşitmək istəyəcək. Hər dəqiqə zəng edilməsindən xoşu gəlməsə də, birdən-birə niyə onu axtarmadığınızla maraqlanacaq.

4. Şəkil göndərin

Sevgilinizə göndərdiyiniz şəkillər mütləq onun diqqətini çəkəcək. İşə gedərkən şəklinizi çəkib göndərə bilərsiniz. Bütün gün sizi düşünəcək.

5. Uzaqlaşın

Ondan bir az uzaqlaşın. Həyatınızı onun üzərində qurmayın. Qoyun, o, sizin həyatınızın bir hissəsi olsun. Beləcə, öz işlərinizlə maraqlandığınız üçün telefon manyakı kimi dəqiqə başı ona zəng vurmağa vaxtınız olmayacaq. O, sizə zəng vurduqda indiyəcən heç etmədiyiniz bir məşğuliyyətlə məşğul olduğunuzu görərsə, sizinlə  uzun müddətdir maraqlanmadığını özü anlayacaq.

6. İz qoyun

Evində və ya maşınında nəsə bir şey qoyun. Bu bir dodaq boyası, kitab və ya ətir ola bilər. Hətta xüsusilə çox istifadə etdiyiniz bir şeyi qoysanız, bəlkə onu ilk fürsətdə sizə geri gətirər və bu bəhanə ilə yenidən görüşmüş olarsınız.

7. Dostlarına vaxt ayırın

Sevgilinizin də sizin kimi dostları ilə vaxt keçirib əylənməyə ehtiyacı ola bilər. İşdən sonra hər həftə gedəcəyi futbol matçlarına qarışmayın. Bunun yerinə dostları ilə səmimi olmağa çalışın. Bəlkə futbol matçlarına olmasa da, dostları ilə yığışdığı əyləncələrə dəvət ala bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar