Bir münasibətə başlamağın ilk qaydası keçmişi geridə buraxa bilməkdir. Sevgiliniz bunu edə bilib, yoxsa köhnə sevgilisi hələ də ağlındadır? Cavabı bizdə!
Sevgilinizin köhnə sevgilisi hansı hallarda təhlükəlidir? Daim zəng vurduqda, həyatınıza daxil olduqda, yoxsa keçmişi xatırlatmağa çalışdıqda? Bunların hamısı yolunda olmayan şeylərin əlamətidir. Ancaq əsas təhlükəli olan partnyorunuzun köhnə sevgilisini ağlından çıxara bilməməsidir. Çünki köhnə sevgilisi nə etsə də, sevgiliniz onu ağlından çıxarıbsa, uğurlu ola bilməz. Ancaq sevgiliniz sizinlə birlikdə olmasına baxmayaraq köhnə sevgilisini unuda bilməyibsə, edə biləcəyiniz bir şey yoxdur. Bəs bunu anlamaq mümkündürmü?
Kişilər adətən bu barədə dürüst olmur. Cavabı sizin tapmağınız lazım gəlir. Sevgilinizin ağlının hələ də köhnə sevgilisində olduğunu göstərən əlamətlər bunlardır.
Daim köhnə sevgilisindən danışır?
Birini hələ unutmamış olmağın ən dəqiq işarəsi davamlı olaraq onun haqqında danışmaqdır. Sevgiliniz heç gərək olmadığı hallarda da köhnə sevgilisi haqqında danışırsa, onda şübhələnməkdə haqlısınız. Ola bilər ki, o hələ də köhnə sevgilisini düşünsün. Ancaq arada bir təsadüfən açılmış mövzuları çox şişirtməməkdə də fayda var. Nəticədə siz də daxil olmaqla heç kəs keçmişini bir anda silib ata bilməz. Burada vacib olan sevgilinizin keçmişinin sizin münasibətinizin nə qədərində yer tutduğudur.
Münasibətinizi dostlarının eşitməsini istəmir?
Münasibətiniz artıq bir neçə aydır başlayıb, amma heç bir dostu ilə tanış olmamısınız? Bu haqda olan bütün istəklərinizə bir bəhanə tapırsa, ortada bir problem ola bilər. Təbii ki, sizin dostları ilə yola getməyəcəyinizi də düşünə bilər. Amma əvvəla köhnə sevgilisi ilə ortaq dostları varsa və sizi onlardan uzaq saxlamağa çalışırsa, problem yəqin ki, onu unutmamış olmağıdır. Bəlkə də sizin varlığınızı köhnə sevgilisinin bilməsini istəmir. Eyni şəkildə sosial şəbəkələrdə sizinlə bağlı heç bir paylaşım etməməsi də nəyisə gizlətməsinin əlaməti ola bilər. Bu halda haqlı ola bilərsiniz.
Hələ də ünsiyyət qururlarmı?
Keçmişə hörmət etmək, münasibəti gözəl bir şəkildə bitirmək və dost qala bilmək əlbəttə çox gözəldir. Ancaq dostluq gərəyindən artıq səmimidirsə, bir problem ola bilər. Tez-tez görüşmək, köhnə sevgilisinin problemi olduqda sevgilinizə zəng vurması və onun da yanına getməsi hələ də bəzi şeylərin bitmədiyinin göstəricisi ola bilər. Əlbəttə, uzunmüddətli münasibət yaşamış insanların əlaqəni tamamilə kəsməməsi başa düşüləndir. Ancaq bu barədə olan narhatlığınızı dilə gətirməyinizdə fayda var.
Ayrılıq haqqında üzülərəkmi danışır?
Bir-birinizə keçmişinizi açıq şəkildə danışa bilməyiniz əslində yaxşı bir şeydir. Ancaq qarşınızda köhnə münasibətinin yasını tutan birinin olması heç də xoş bir şey deyil. Köhnə sevgilisindən nifrətlə danışması da sizi aldada bilər. Bütün bunlar ən az sevgi qədər güclü hisslərdir və hər an bir üzləşmə görüşünə səbəb ola bilər.