“Sevgiliniz sizi tərk etməsin

Sevgiliniz sizi tərk etməsin

Bir çox münasibətlərdə problemlər ola bilər. Ancaq cütlüklər bəzən böyük, bəzən də çox kiçik problemləri böyüdərək ayrılma dərəcəsinə qədər gələ bilməkdədirlər. Sevgilinizi ayrılıq fikrindən döndərmək üçün nə edəcəyinizi bilmirsinizsə, bu ayrılığın qarşısını almaq çox çətin olacaq.

Sevgilinizlə çox vaxt birlikdə ağlayıb, birlikdə gülmüş, birlikdə sevinmiş ola bilərsiniz. Bu da tərəfləri bir-birinə bağlayır. Hətta bəzən insanlar heç ayrılmayacaqmış kimi bağlanırlar. Ən kiçik ehtimalda belə bu, sizi depressiyaya sala bilər. Kiçik problemləri belə böyütmək ayrılığı yaxınlaşdıra bilər.

Ayrılığın gələcəyini əvvəlcədən hiss etməlisiniz. Sevgilinizin qəribə hərəkətləri, sizi vecinə almaması, gec gələn cavablar və diqqətsizlik ilk əlamət ola bilər. Onun da sizi sevdiyindən əminsinizsə, ilk addımı siz atın və ayrılıqla bağlı ilk reaksiyanı siz verin.

Vəziyyətin bu hala necə gəldiyini analiz edin. Həll üçün tək tərəfli mübarizə bəzən yaxşı nəticə verməyə bilər. Buna görə də qarşı tərəfi də addım atması üçün razı salmağa çalışın. Hətta lazım gəlsə, bir müddət münasibətinizə vaxt verməyi təklif edin. Bu, əgər sizi həqiqətən sevirsə, qəbul edilməyəcək bir təklif olacaqdır. Onunla üz-üzə danışın və əvvəlki xoşbəxt günlərinizdən misal gətirərək vəziyyəti düzəltməyə çalışın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar